İlon Mask onu ölümlə hədələyən Roqozinə istehza ilə
CAVAB VERDİ
“SpaceX” və Tesla” şirkətlərinin təsisçisi İlon Mask Rusiyanın Kosmik agentliyinin şovinist mpvqeyi ilə məşhur rəhbəri Dmitri Roqozinin şəxsinə ünvanladığı hədələrə cavab verib.
Globall.az musavat.com-a istinadən xəbər verir ki, o, bununla bağlı tvitter səhifəsində xüsusi status yayımlayıb.
İlon Mask burada özünün “müəmmalı şərtlərdə ölməsindən” yazıb.
“Əgər mən müəmmalı şərtlərdə ölsəm, səninlə tanış olmaq çox gözəl idi”,-deyə o, Dmitri Roqozinə bu sözlərlə səslənib.
Xatırladaq ki, Dmitri Roqozin Ukrayna qüvvələrinə etdiyi köməyə görə İlon Maskın “əməlli-başlı cavab verəcəyi” barədə tvit yazmışdı.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: