Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılacaq

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.
Globall.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır: "Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların Azərbaycanda qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək".
Oxunub: 208
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							