Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
  • Kəlbəcərdəki mövqelərimiz ATƏŞƏ TUTULDU
  • Ermənistan hərbçiləri Azərbaycan mövqelərini iki istiqamətdə atəşə tutub
  • "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"- Müdafiə Nazirliyi
  • MN: Ermənistan Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozub
  • Rusiya Sarkisyana Şuşa sözü verdi? - 30 il əvvəlki ssenari yazılır...

    • Tarix: 10-05-2022, 14:35


    Düşmən Kəlbəcərdə atəşkəsi yenə pozdu. Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
    Ermənistan daxilində də Paşinyan əleyhdarlarının etiraz aksiyaları nəticəsində gərginlik pik həddə çatır. Əslində bu hər iki olay bir ssenarinin kiçik hissəsidir.

    Ermənistanda baş verənlərin "dirijor"u Kremldir

    Rusiya prezidentinin sözçüsü D.Peskovun Ermənistandakı aksiyalarla bağlı "Rusiya Ermənistanda vəziyyətin sabitləşməsində maraqlıdır" sözləri ilk baxışda Kremlin neytral mövqe tutacağı anlamına gələ bilər. Amma əslində situasiya tamamilə fərqlidir.



    Rusiya Ermənistanda ikinci Qazaxıstan hadisələrini təkrarlayaraq KTMT qoşunları adı altında Ermənistana daha böyük qüvvə ilə daxil olmaqla, faktiki olaraq, orada vəziyyəti istədiyi kimi hərbi güc yolu ilə tamamilə nəzarətə götürə bilər.

    İndi deyilə bilər ki, "Rusiya bunu edə bilməz", "Rusiya beynəlxalq hüququ pozmuş olar" və s. Amma Ukrayna müharibəsi göstərir ki, Rusiya üçün beynəlxalq qanun da, beynəlxalq hüquq da sadəcə kağız üzərindədir. Moskva üçün bütün bunlar istədiyi kimi davranmaq deməkdir. Rəsmi Moskva bu addımı atmaqla ələlxüsus da onun üçün çox önəmli manevri gerçəkləşdirmiş ola bilər.

    Belə ki, Qərbin marağının hər ötən gün daha da artdığı Cənubi Qafqaz regionunda vəziyyəti əldən verməmək üçün Rusiya uzun illər istifadə etdiyi Qarabağ açarını əldən verməmək məqsədilə son addım kimi məhz "KTMT qoşunları"nı Ermənistanda ictimai-siyasi vəziyyəti, xaos durumu aradan qaldırmaq, ölkədə vətəndaş müharibəsinin qarşısını almaq adı altında nəzarətə götürərək, Moskvanın icazəsi olmadan orada bir quş belə uçmasına imkan verməmək planını həyata keçirmək haqda düşünə bilər. Bununla Rusiya həm Qərbin, ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, sülh prosesindəki roluna mane olmağı nəzərdən keçirə bilər, həm də iki ölkə arasında xaos vəziyyəti saxlamaqla, sərhəddə gərginliyi "artırmaqla" revanşist qüvvələrin Azərbaycana ərazi iddiaları ilə bağlı niyyətlərini həyata keçirmək üçün əlavə imkan yarada bilər.
    Bu imkan isə təbii ki, sonrakı mərhələdə eynilə SSRİ-nin XX əsrin sonlarında dağılması prosesinin təkrarı ola bilər. Bu mənada ki, Rusiyanın rəhbərlik etdiyi KTMT qoşunları müəyyən müddətdən sonra Ermənistanı tərk etdiyini bəyan edəcəyi istisna edilməsə də bu, eynilə 1990-cı illərdə olduğu kimi sadəcə gözdən pərdə asmaqdan başqa bir şey olmaya bilər. 



    Necə ki, biz bunu 30 il əvvəl də Rusiyadan gördük. keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xankəndi şəhərində yerləşən hərbi birləşməsi kimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin iştirakı ilə Xocalı şəhərini işğal etdi. Bu dəhşətli əməliyyat zamanı aylarla mühasirədə saxlanılan Xocalıya edilmiş hücum nəticəsində bir gecənin içində şəhər yerlə yeksan edildi, dinc əhaliyə amansızlıqla divan tutuldu (613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər girov götürüldü. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi - red.).
    Birinci Qarabağ müharibəsinin iştirakçılarının və şahidlərinin dediklərindən də aydın olur ki, həmin vaxt Azərbaycana qarşı rusiyalı hərbiçilərlə yanaşı onların xeyli sayda ağır texnika və silah-sursatından da istifadə edilib. Bu, Moskvanın köhnə ssenarini yeni adla reallaşdırmaq planı da ola bilər. 

    Moskvanın PLANI

    Rusiya beləcə, həm Ermənistandakı xaos durumdan istifadə edib ordusunu İrəvana yürütmək kimi hədəfini gerçəkləşdirə bilər, həm də Azərbaycanla sərhəddə silahlı insidentləri artıraraq iki ölkə arasında vəziyyəti xeyli dərəcədə gərginləşdirərək, sülh danışıqlarını sıfırlamaqla müharibə, münaqişə vəziyyəti yaratmağa nail ola bilər. Bunun davamı olaraq isə Ermənistana gətirdiyi yeni hərbi birləşmələrini və hərbi texnikasını Azərbaycanla sərhəddə kimi apararaq orada Azərbaycana müqavimət göstərmək məqsədilə İrəvana revanşist qüvvələrin ərazi iddialarını daha da alovlandırmaq üçün istifadə edə bilər. Azərbaycan Ermənistan ərazisindən atəş nöqtələrini susdurarkən isə Rusiyanın sərhəddəki silahları işə salmayacağına əmin deyilik. 



    Nəticədə Rusiya bu addımı ilə Ermənistan əhalisinin inam-etimadını, dəstəyini almaqla Qərbə inteqrasiyanın onlara bir fayda verməyəcəyini, Moskvanı dəstəkləyəcəkləri halda Ermənistanı hər zaman müdafiə edəcəkləri təəssüratı yaratmaqla itən etimadını bərpa etmək istəyəcək. Çünki Rusiya düşünür ki, regionda vəziyyəti nəzarətdə saxlamaq üçün erməni amilindən istifadə edib ərazi iddiaları vasitəsilə münaqişə ocağını alovlandırmaqla təkcə Ermənistanla Azərbaycan arasında gərgin durumu uzatmayacaq, eyni zamanda Cənubi Qafqazdakı varlığının müddətini də uzadacaq. 

    Əslində Lavrovun aprelin 9-da Ararat Mirzoyanı Moskvada qəbul edərkən Ermənistanı silahlandırmaq, onun müdafiə gücünü artırmaqla bağlı açıqlamasından rəsmi İrəvana və erməni xalqına müəyyən mesajlar ötürülmüşdü. 

    İndi isə rəsmi Bakının Brüsseldəki 5 maddəlik sülh təklifi ilə bağlı razılaşmaya mane olmaq məqsədilə bu sadalanan planın həyata keçirilməsi üçün əsas rıçaqları olan Sarkisyan-Köçəryan amili yenidən dövrəyə daxil oldu. Uzun müddət idi heç bir siyasi aksiyada, etiraz mitinqlərində görünməyən "Qarabağ klanı" yenidən müxtəlif yollarla arxasına xeyli sayda insan yığaraq Paşinyanı istefaya səsləyirlər. Əsl səbəb onların birbaşa olaraq Paşinyanı postundan uzaqlaşdırmaq yox, məhz Moskvanın təqdim etdiyi plan üzrə hərəkət edərək aksiyanın miqyasını və hökümətlə etirazçılar arasında vəziyyəti dözülməz həddə çatdıraraq Rusiyanın rəhbərliyi altında KTMT ordusunun Ermənistana daxil olmasına nail olmaqdır. 

    Ermənistanı müharibəyə sürükləyirlər

    Sarkisyan və Ohanyanın son açıqlamalarından da bir daha aydın olur ki, revanşist, müxalif qüvvələr vasitəsilə Ermənistan daxilində çox gərgin proseslər cərəyan edir. 1990-cı illərdə Qarabağın işğalı zamanı əlləri minlərlə günahsız soydaşımızın qanına batmış quldurbaşıların hər ikisi Şuşanın işğalı ilə bağlı işlərə başlamaq üçün revanşist bəyanatlar səsləndiriblər (Sarkisyanın ardınca 1992-ci ildə Şuşanın işğal edilməsinə rəhbərlik edən erməni general-polkovnik Seyran Ohanyan sərsəm açıqlaması ilə diqqət çəkib: "Şuşanın azad edilməsi üçün əməliyyata hazırlaşmalıyıq" - red). Buradan da aydın görünür ki, Ermənistan müxalif qüvvələri eyni yerdən təlimat alıblar və onlara müəyyən vəd də verilib. 



    Amma İkinci Qarabağ müharibəsi ilə bütün daşları yerindən oynadan, regionda geosiyasi reallığı tamamilə dəyişən Azərbaycan 44 gün ərzində məhv etdiyi və qənimət kimi götürdüyü silahlardan, ağır texnikalardan da gördü ki, Ermənistanın istifadə etdiyi silahların böyük əksəriyyəti məhz Rusiyanın onlara bəxş etdiyi texnika idi. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı çox açıq mesajlar verdi: "Bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik - Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu".

    Dövlət başçısı bu ifadələrlə Moskvaya mesaj verdi ki, "sizin etdiyiniz tamamilə yanlış idi, amma yenə də işğalı, işğalçını dəstəkləməkdən geri çəkilmədiniz. Buna baxmayaraq biz öz məqsədimizə çatdıq". Lakin görünür Moskva bu dəfə də "Qarabağ klanı"nı yenidən məqsədlərinə çatmaq üçün əllərindən gələn "yardım"ı edəcəklərinə inandırıb. 



    Prezident İlham Əliyev hazırda baş verən prosesləri qabaqlayaraq hələ bir neçə həftə əvvəl Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı reaksiya verdi: "Ermənistanda baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, təqdim etdiyimiz bu sülh sazişi Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".

    Bu çıxışı ilə dövlət başçısı bir növ "Ermənistanda hakimiyyətə kimin gələcəyinin, onlara kimin dəstək verəcəyinin bizim üçün heç bir fərqi yoxdur. Biz sülhdən imtina ediləcəyi təqdirdə, manipulyasiya cəhdləri olacağı halda yenə İkinci Qarabağ müharibəsində qaldığımız yerdən yolumuza davam edəcəyik" mesajı verərək həm Ermənistandakı revanşist qüvvələrə, həm də onların havadarlarına son kəs hansı qərarın onlar üçün daha doğru olacağını xatırlatdı.

    Təhməz Əsədov

    Oxunub: 251
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.