Erməni general Xankəndidəki atışmaya görə saxlanıldı
Ötən gün Xankəndi şəhərinin mərkəzində baş vermiş silahlı atışma ilə əlaqədar Qarabağ separatçılarının qanunsuz silahlı birləşməsinin keçmiş komandan müavini, general-mayor Samvel Karapetyan (Oqanovski) saxlanılıb.
Globall.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə Xankəndidəki separatçılar bildiriblər.
Xankəndinin mərkəzi meydanında baş vermiş atışmanın nəticələri barədə iki maddə ilə cinayət işinin açıldığı bildirilib.
Atışma mayın 10-da saat 19:10 radələrində baş verib.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: