Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
Press-fakt.az
    
  • Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
    Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
  • 
  • Taksi sayına niyə kvota qoyulub? -
    Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
  • 
  • Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı - 
    Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
  • 
  • Dünyanın ən güclü pasportları açıqlandı:
    Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
  • 
  • Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər -
    Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
  • 
  • Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi
    Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
  • 
  • Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
    Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
  • 
  • Krımdan yerli əhali təxliyyə edilir -
    Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
  • 
  • Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
    Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
  • 
  • Mərkəzi Bank Adil Əliyevi cərimə etdi -
    Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
  • 
  • Kadırov 36-cı medalını aldı - 
    Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
  • 
  • Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”:
    Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
  • 
  • Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
    Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
  • 
  • İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
    İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
  • 
  • Çindən Rusiyaya dron texnologiyası axını güclənir -
    Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
  • 
  • Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı
    Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
  • 
  • Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
    Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
  • 
  • BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI -
    BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
  • 
  • Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK -
    Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
  • 
  • "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-
    "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
  • 
  • Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb -
    Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Qərb Rusiyanın savaş xərclərini ödəyir: G7 Kremlin bu maliyyə qaynağını kəsməyə QƏRAR VERDİ
  • Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıdı
  • ABŞ-ın Bakıdakı səfirliyi Putinin qərarı ilə bağlı açıqlama yaydı
  • ABŞ-ın Bakıdakı səfirliyi Putinin qərarı ilə bağlı açıqlama yaydı
  • ABŞ və Rusiyadan ŞOK: Bioloji savaş... - SENSASİON DETALLAR
  • Bayden “fəlakət silahı”nı İŞƏ SALDI: “Putinsiz Rusiya” və ya “Rusiyasız dünya” arasında seçim...

    • Tarix: 12-05-2022, 10:25


    ABŞ Ukraynanın uzun müddət müharibə aparmaq qabiliyyətini qorumaq niyyətində tamamilə ciddi olduğundan Kremlin atacağı cavab addımları Rusiyanın gələcək taleyini müəyyən edə bilər; Qərb prezident Vladimir Putinin liderlik etdiyi Rusiyanı istəmir, əgər, o, hakimiyyətdə qalmaqda davam edərsə, bu nəhəng dövlətin tamamilə çökdürülməsinə cəhd göstəriləcək...  

    Rusiyaya qarşı beynəlxalq təzyiqlər intensiv şəkildə güclənməkdə davam edir. Kremlin dünyadan təcrid edilməsi istiqamətində də qətiyyətli addımlar atılır. Və bu, Rusiyanın gələcək taleyi ilə bağlı optimist ehtimalları birmənalı şəkildə əhəmiyyətdən salır.

    Hazırda Rusiya Ukraynada müxtəlif hərbi cinayətkarların törədilməsində suçlanır. İttihamların sırasında mülki şəxslərə qarşı soyqırımla eyniləşdiriləcək qədər dəhşətli kütləvi qətliamlar barədə iddialar da yer alır. Litva parlamenti son toplantısında Rusiyanın terrorçu dövlət elan edilməsi barədə qərar da qəbul edib.

    Təbii ki, bütün bunlar Rusiyanın gələcək perspektivləri baxımından olduqca ciddi təhlükələr də vəd edir. Belə ki, Ukrayna savaşından sonra Rusiyanın və onun hərbi-siyasi rəhbərliyinə daxil olan bir sıra şəklində şəxslərin beynəlxalq məhkəmə qarşısında mühakimə olunması ehtimalı qətiyyən istisna deyil. Hər halda, gələcəkdə Rusiyaya qarşı belə bir məhkəmə prosesinin qurulmasında maraqlı olan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Və həmin siyasi iradə mərkəzləri elə indidən hərbi cinayətlərin sübutuna imkan verə biləcək faktların toplanmasına başlayıblar.

    Bəzi ehtimallara görə, Rusiya yaxın gələcəkdə dünyadan tamamilə təcrid olunmuş, hərbi-siyasi iradəsi öz sərhədləri içərisinə qapadılmış bir dövlətə çevrilə bilər. Hesab olunur ki, bunun baş verməsinin mümkün olması üçün Rusiyanın nüvə silahından məhrum edilməsi də vacib şərtlərdəndir. Yalnız nüvə silahından məhrum edilmiş Rusiyanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü sırasından xaric edilməsi mümkün ola bilər. Və bu halda, Rusiyanın beynəlxalq məhkəmə qarşısında mühakimə olunması da reallaşar.

    Təbii ki, bütün bunlara qədər Rusiyanın Ukrayna savaşında birmənalı şəkildə məğlub ölkə durumuna düşməsi də vacibdir. Çünki, Ukrayna savaşından qalıb çıxacağı təqdirdə, heç bir beynəlxalq güc Rusiyanı beynəlxalq məhkəmə qarşısına çəkə bilməz. Əksinə, qalib Rusiya özü ABŞ və Qərbə meydan oxumaq, beynəlxalq məkanda şərtləri diqtə etmək, son nəticədə isə düşmənlərini mühakimə etmək şansı qazanmış olacaq.
    Şübhəsiz ki, ABŞ və Qərb belə bir təhlükənin baş vermə ehtimalını qətiyyən istisna etmir. Üstəlik, Rusiyanın davranışları və planları barədə mövcud olan yeni məlumatlar da ABŞ və Qərbi narahat edə biləcək məzmun daşıyır. ABŞ kəşfiyyatı Kremlin Ukraynadan sonra bəzi digər qonşu MDB ölkələrinə də hərbi müdaxilə planları qurduğunu iddia edir. Hətta Rusiyanın Moldova ərazisində hərbi əməliyyatlara başlamasının Ukrayna savaşına paralellik təşkil edə biləcəyini də vurğulayır. Və Rusiyanın bu hərbi əməliyyatlarının gələcəkdə Avropa qitəsinə, NATO ölkələrinin ərazilərinə sıçramayacağına da heç bir təminat yoxdur.

    Göründüyü kimi, ABŞ və Qərb hazırda Ukraynaya hərbi yardım göstərməklə, əslində, həm də Rusiya aqressiyasının cilovlanmasına cəhd göstərir. Avropa Birliyinin təhlükəsizlik məsələləri üzrə təmsilçisi Jozep Borrel hesab edir ki, Ukraynanın dəstəklənməsi beynəlxalq hüquq sisteminin müdafiə olunması məqsədi daşıyır. Ona görə də, Avropa Birliyinin Ukraynanı müdafiə etməsini bu qurumun Rusiya ilə mübarizə aparması kimi anlamaq tamamilə yanlışdır: “Biz Rusiyanı və Putini zəiflətmək istəyirik. Əks halda, dünyada cəngəllik qanunları qalib gələcək”.

    Ancaq ABŞ prezidenti Co Bayden əmindir ki, Rusiya dünyada "cəngəllik qanunları"nın hegemonluğunu qurmaq şanslarını sürətlə itirir. Ağ Ev sahibi hesab edir ki, prezident Vladimir Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi sayəsində NATO-nu və Avropa Birliyini parçalaya biləcəyini düşünməklə, böyük səhv edib: "Əksinə, ABŞ və müttəfiqləri birləşərək, Ukraynaya köməyə gəldilər və onun bütün planlarını pozdular. V.Putinin Rusiyanı artıq Ukrayna ilə müharibədən çıxartmaq imkanları yoxdur".

    Təbii ki, prezident Co Baydenin "Rusiyanın Ukrayna savaşından çıxmaq imkanları" barədə dedikləri əslində, ikibaşlı anlam daşıyır. Birinci məna odur ki, Rusiya Ukraynada "savaş bataqlığı"na salınıb və oradan hələ uzun müddət çıxa bilməyəcək. Digər mənaya gəldikdəsə, böyük ehtimalla Ağ Ev sahibi Rusiyanın Ukrayna savaşından qalib çıxa bilməyəcəyini demək istəyir.

    Əslində, ABŞ prezidenti Co Bayden öz qərarları və atdığı addımlar ilə Rusiyanın "savaş bataqlığı"nda uzun müddət ilişib, qalması, eləcə də Ukrayna müharibəsində ağır məğlubiyyətə uğraması üçün əlindən gələn hər şeyi edir. Hər halda, Ağ Ev sahibinin Ukraynaya hərbi yardımla bağlı Lend-liz qanununu imzalaması ABŞ prezidentinin Rusiyaya qarşı ata biləcəyi ən radikal addımların sırasına aid edilə bilər. Çünki, bu qanun Ukraynaya məhdudiyyətsiz silah tədarükünü nəzərdə tutur. Yəni, Ukraynaya silah verilməsinə əngəl olan bütün hüquqi məhdudiyyətlər aradan qalxır. 
    Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidentləri indiyə qədər cəmisi bir dəfə Lend-liz qanunu imzalamışdılar. Belə ki, İkinci Dünya Müharibəsi zamanı keçmiş SSRİ-ni məhz Lend-liz qanunu xilas etmişdi. Çünki, həmin qanunun təsdiqlənməsi sayəsində ABŞ faşist Almaniyasına qarşı vuruşan SSRİ-yə hər cür hərbi texnika, silah-sursat və ərzaq yardımı göstərə bilmişdi. Və nəticədə faşist Almaniyasının məğlubiyyəti ilə dünya qorxunc kabusdan xilas olmuşdu.

    İndisə, Ağ Ev sahibi ABŞ tarixində ikinci dəfə Lend-liz qanunu imzaladı. Ancaq ilk dəfə faşist Almaniyasına qarşı imzalanan həmin qanun indi Rusiyanı hədəfə çevirəcək. Rusiyanın savaş meydanında hər gün çoxlu sayda hərbi texnika və külli miqdarda maliyyə vəsaiti itirdiyi halda, Ukrayna müharibəni davam etdirmək üçün lazım olan hər şeylə təmin olunacaq.

    Onu da qeyd etmək lazımdır ki, prezident Co Bayden ABŞ Konqresinə müraciət edərək, Ukraynaya yardım üçün 40 milyard dollar həcmində maliyyə vəsaitinin ayrılmasını istəyib. Ağ Ev sahibi vurğulayıb ki, Ukraynaya dəstək verilməsi ABŞ-ın maraqları və tarixi zərurət baxımından, önəmlidir. O, bildirib ki, hazırda Ukraynaya dəstək üçün ayrılmış maliyyə vəsaiti artıq tükənmək üzrədir. Hətta təxminən 10 gündən sonra ABŞ Ukraynaya yardım etmək imkanlarını itirə bilər. Ona görə də, prezident Co Bayden ABŞ Konqresindən 40 milyard dollarlıq dəstək paketinin ən qısa zamanda təsdiqlənməsini xahiş edib.

    Belə anlaşılır ki, ABŞ Ukraynanın Rusiya ilə uzun müddət müharibə aparmaq qabiliyyətini qorumaq niyyətində tamamilə ciddidir. Belə vəziyyətdə Kremlin atacağı cavab addımları da böyük maraq doğurur. Halbuki, Rusiyanın buna qarşı alternativ variantlarının çox olduğu qətiyyən inandırıcı görünmür. Böyük Britaniya və Avropa Birliyinin də ABŞ-a paralel olaraq, Ukraynaya hərtərəfli dəstək verdiyini nəzərə aldıqda, Rusiyanı daha ağır dövrün gözlədiyi qətiyyən şübhə doğurmur.

    Beləliklə, Ağ Ev sahibi Co Bayden Rusiyaya qarşı “fəlakət silahı”nı artıq işə salıb. İndi Kremlin qarşısında yalnız iki seçim qalıb. ABŞ və Qərb V.Putinin liderlik etdiyi Rusiyanı istəmir. Əgər, prezident V.Putin hakimiyyətdə qalarsa, Rusiyanın tamamilə çökdürülməsinə cəhd göstəriləcək. Deməli, Kremldə tezliklə “Putinsiz Rusiya” və yaxud “Rusiyasız dünya” variantlarından hansının seçiləcəyinə taleyüklü qərar verməli olacaqlar. (musavat.com)

    Oxunub: 325
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-10-2025
      23:45 | Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
      23:40 | RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
      23:35 | Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      14:25 | Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.