Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Qərb Rusiyanı bu cür çökdürür - ŞOK PROQNOZ
  • Rusiyada inflyasiya şok həddə çatacaq, dollar isə... - PROQNOZ
  • ŞOK PROQNOZ: Rusiyanın bir gündən bir qədər çox vaxtı qalıb
  • Avropa İttifaqı Ukraynaya 1,2 milyard avro ayırıb
  • Koronavirus Çili iqtisadiyyatını xilas edib
  • “Rusiya iqtisadiyyatı ilin sonunadək çökəcək”... - "Bloomberg"

    • Tarix: 12-05-2022, 10:36


    Moskva iqtisadiyyatdakı tənəzzülü önləyə biləcəkmi?


    Ukraynaya hücumdan sonra dünya ölkələri tərəfindən görünməmiş sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatının durumu barədə yerli və beynəlxalq mərkəzlər tərəfindən müxtəlif proqnozlar irəli sürülür. Belə proqnozlardan biri barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentliyin Rusiya Maliyyə Nazirliyindəki daxili qaynaqlara əsasən yaydığı məlumatda qeyd olunur ki, ölkə iqtisadiyyatı ilin sonunadək çökə bilər. Həmin mənbələrin proqnozuna əsasən, Rusiya Maliyyə Nazirliyi Qərbin sanksiyalarının güclənməsi fonunda ölkə iqtisadiyyatında son 30 ildə ən dərin eniş olacağı qənaətindədir. Mənbələr qeyd edib ki, Maliyyə Nazirliyi 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun 12 faiz azalacağını gözləyir. Bu halda, göstərici 1994-cü ildəki 12,6 faizlik çöküşdən bəri ən ciddi geriləmə olacaq. Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Maliyyə Nazirliyinin proqnozu özünü doğrultsa, bu, Rusiyanın son on ildə bütün iqtisadi uğurlarını sırıflayacaq.

    Maraqlıdır ki, Rusiya Maliyyə Nazirliyi Bloomberg-in məlumatını təkzib edən açıqlama ilə çıxış edib. Nazirlik bəyan edib ki, 12 faizlik iqtisadi geriləmə proqnozu barədə Bloomberg-in yaydığı məlumat həqiqətəuyğun deyil: “Rəsmi makroiqtisadi proqnozlar hazırlamaq Maliyyə Nazirliyinin səlahiyyətlərinə daxil deyil”. Nazirlik həmçinin Rusiya Mərkəz Bankı və hökumətin fəaliyyəti nəticəsində genişmiqyaslı sanksiyaların iqtisadiyyata mənfi təsirlərinin qarşısının alınacağına inandıqlarını bəyan edib.

    Qeyd edək ki, əslində Rusiya iqtisadiyyatında 12 faizlik azalma mümkün variantlar arasında yumşaqlardan biri hesab olunur. Rusiya Mərkəzi Bankı aprelin sonunda 2022-ci ildə ölkə ÜDM-nin 8-10 faiz azalacağını, bu prosesin 2023-cü ildə də 0-3 faiz səviyyəsində davam edəcəyinə dair proqnozlarını açıqlayıb. Mərkəz Bankı hesab edir ki, Rusiya iqtisadiyyatında artım yalnız 2 ildən sonra 2,5-3,5 faiz səviyyəsində mümkün olacaq. Qurum bu trendi istehsaldakı fasilələr, idxalın azalması, həmçinin daşıma zəncirinin pozulması ilə əsaslandırır.

    Lakin elə həmin günlərdə “Vedomosti” nəşri İqtisadi İnkişaf Nazirliyinin ÜDM-in 2022-ci ildə 8,8 faizlik azalmasına dair qeyri-rəsmi proqnozunu dərc edib. Bu zaman nazirlik 2023-cü ildə 1,3 faizlik ÜDM artımı gözləyir.

    Rusiya iqtisadiyyatı nə qədər böyüyüb?

    İİN-in daha mühafizəkar yanaşmasına əsasən cari ildə ölkə iqtisadiyyatı 12,4 faizədək kiçilə bilər. Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrinin aprelin əvvəlində açıqladığı məlumatda bildirilir ki, bu il üçün hökumətin gözləntiləri ÜDM-in 10 faizdən çox azalması istiqamətindədir: “Hazırda Maliyyə Nazirliyi və İqtisadi İnkişaf  Nazirliyi bu il üzrə ÜDM-in azalma prosesini qiymətləndirirlər. Şübhəsiz ki, azalma 10 faizdən yuxarı olacaq”.

    Rəsmi statistikaya əsasən cari ilin yanvarında 5,8 faiz, fevralında 4,3 faiz artan Rusiya ÜDM-i mart ayında illik ifadədə cəmi 1,6 faiz böyüyüb. Nəticədə cari ilin birinci rübünün iqtisadi artımı illik 3,7 faiz səviyyəsində qiymətləndirilir. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, iqtisadiyyatın baza sektorları arasında ÜDM-in artım tempinin azalmasına əsas töhfəni sənaye istehsalı verib ki, onun da mart ayında artım tempi fevralda 6,3 faizdən sonra illik ifadədə 3 faizə düşüb.

    Beynəlxalq mərkəzlərin Rusiya iqtisadiyyatının sanksiyalardan təsirlənmə səviyyəsi barədə gözləntiləri xeyli fərqlidir. S&P Global Market Intelligence analitikləri hesab edirlər ki, sanksiyaları  təsirlərindən çıxaraq iqtisadiyyatı 2021-ci il səviyyəsinə çatdırmaq üçün Rusiyaya 10 il vaxt lazım gələcək. Onların hesablamalarına əsasən cari ildə Rusiyada 11,1 faizlik, 2023-cü ildə isə 1,9 faizlik ÜDM azalması qeydə alınacaq. 2024-cü ildə bu azalma 1,6 faizlik artımla əvəz olunacaq.

    Rusiya iqtisadiyyatı çöküb: Azərbaycanlılar geri qayıda bilər - Buna  hazırıqmı?..

    Dünya Bankı ekspertləri də cari il üçün Rusiya iqtisadiyyatında 11,2 faizlik azalma proqnozlaşdırırlar. Onlar hesab edirlər ki, Ukraynadakı müharibə ilə bağlı qeyri-müəyyənliyin yüksək olması Rusiya iqtisadiyyatının sanksiyalardan təsirlənmə səviyyəsini dəqiq proqnozlaşdırmağa imkan vermir. Çünki müharibə davam etdiyi müddətdə Qərd dövlətləri Rusiyaya qarşı daha kəskin sanksiyalar tətbiq edirlər ki, bunlar da ÜDM-ə təsirsiz ötüşməyəcək.

    Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) hesab edirlər ki, 2022-ci ildə Rusiya iqtisadiyyatı 10 faiz kiçilə bilər. Gələn il isə sıfır faizlik dinamika olacaq. AYİB-in aprel proqnozuna əsasən Belarus iqtisadiyyatı cari ildə 4 faiz azalacaq.

    Bir məqamı nəzərə almaq lazımdır ki, qeyd olunan bütün proqnozlar Rusiya neft-qazına sanksiya tətbiq olunmadığı hal üzrə irəli sürülüb. Yəni proqnozlaşdırma Rusiya ixracının, iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoruna tətbiq olunacaq sanksiyaları nəzərə almadan aparılıb. Halbuki artıq Avropa Birliyi Rusiyadan neft alışına embarqonu nəzərdə tutan sanksiya paketi üzərində işləyir. Doğrudur, embarqonun ən yaxşı halda 2022-ci il oktyabrın 1-dən qüvvəyə minəcəyi gözlənilir. Lakin hətta bu qadağa olmasa belə, Avropa ölkələrinin, böyük şirkətlərin əksəriyyəti Rusiya neftini almaqdan imtina edir. Bunun nəticəsidir ki, ölkənin neft hasilatı və ixracı sürətlə azalır. Rusiya hökuməti real vəziyyəti gizlətmək üçün neft-qaz hasilatına dair göstəricilərin açıqlanmasını qadağan edib. Lakin sektordakı mənbələrə əsasən aprelin 1-29-da Rusiyada neft və qaz kondensatının gündəlik hasilatı 1,372 milyon ton təşkil edib ki, bu da martla müqayisədə 9 faiz azalma deməkdir. 2021-ci ilin yazından hasilatı müntəzəm olaraq artıran Rusiya üçün bu, kifayət qədər böyük itkilər deməkdir. Ölkənin maliyyə naziri Anton Siluanovun sözlərinə görə, 2022-ci ildə sanksiyalar üzündən Rusiyanın neft hasilatı 17 faizədək azala bilər. Əgər Avropa Birliyi embarqo qərarı qəbul edərsə, bu azalma daha yüksək rəqəmlərlə ifadə olunacaq.

    Sanksiyalar Rusiya iqtisadiyyatı üçün nə qədər dağıdıcı ola bilər?- TƏHLİL

    Pandemiyaya görə hasilat və ixracın, həmçinin qiymətlərin kəskin azaldığı 2020-ci ilin yekununda neft-qaz sektorunun Rusiya ÜDM-də payı 15,2 faiz təşkil edib. 2021-ci ildə ölkənin ÜDM-i 4,7 faiz artaraq 131,015 trilyon rubla çatıb. Rəsmi statistikaya əsasən ötən il enerji resurslarının dünya qiymətlərinin artması hasilat sənayesində ümumi əlavə dəyərin deflyator indekslərinin 1,5 dəfədən çox və ya 57,1 faiz, emal sənayesində isə 25,6 faiz artmasına səbəb olub. Məhz bu ilin sonunda ölkə ÜDM-nin deflyator indeksinin 16,5 faiz artmasına gətirib çıxarıb. Bundan əlavə, ilin sonunda topdansatış qiymətlərinin 20,3 faiz artması topdan və pərakəndə ticarət deflyator indeksinin 15,7 faiz artmasına səbəb olub.

    Rusiya statistika orqanı hələ ki 2021-ci ildə enerji sektorunun ÜDM-dəki payını açıqlamayıb. Amma neft-qaz qiymətlərinin kəskin bahalaşması nəticəsində bu payın da artdığını söyləmək mümkündür. Belə ki, Rusiyanın ixracının 54 faizdən çoxunu energetika məhsulları təşkil edir. Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-dekabr aylarında Rusiyanın ixracı 493,3 milyard dollar təşkil edib və 2020-ci illə müqayisədə 45,7 faiz artıb. İxracın 54,3 faizini yanacaq-energetika məhsulları təşkil edib.  2021-ci ildə Rusiya ümumilikdə 110 milyard 119,4 milyon dollarlıq 229 milyon 998,4 min ton neft, 69 milyard 955,8 milyon dollar (54,2 faiz artım) məbləğində 144 milyon 301,0 min ton neft məhsulları satıb. Ölkənin 2021-ci ildə təbii qaz ixracı 55 milyard 507,2 milyon dollar məbləğində 203,5 milyard kubmetr təşkil edib. Tədarüklərin fiziki həcmləri demək olar ki, dəyişməz qalıb, lakin dəyər baxımından artım 216,1 faiz təşkil edib. 2021-ci ildə satılan maye qaz 7 milyard 320,2 milyon dəyərlə 66,1 milyon kubmetr olub.

    Rusiya iqtisadiyyatı nə qədər kiçiləcək?

    Rusiyanın ixracında əsas pay Avropa Birliyinindir. 2021-ci ildə ümumi ixracın 188 milyard 114,6 milyon dolları qoca qitəyə reallaşıb. Avropa İttifaqının Rusiyadan idxalı dayandırması ölkə ixracının kəskin azalması deməkdir. Digər tərəfdən, ABŞ və Böyük Britaniyanın Rusiyadan qiymətli metal və daşlar idxalını dayandırması, Aİ-nin meşə materialları, daş kömür idxalını kəskin azaltması da Rusiya ixracının həcmində azalmaya gətirəcək.

    Hazırda Moskva bütün gücünü neft-qaz ixracı üçün yeni bazarlar tapmaq, müvafiq infrastruktur qurmağa yönəldib. Rusiya prezidenti Vladimir Putin mayın əvvəlində hökumətə Cənub və Şərq istiqamətində enerjidaşıyıcılarının ixracını artırmaq üçün infrastruktur layihələrinin icrasının sürətləndirilməsini tapşırıb. Söhbət dəmiryol, boru və liman infrastrukturundan gedir. Onun sözlərinə görə, neft-qaz şirkətləri ilə birlikdə Afrika, Latın Amerikası, Asiya-Sakit okean ölkələrinə ixrac infrastrukturunu genişləndirmək planı qurulmalıdır. Bu zaman Qərbi və Şərqi Sibirdəki yataqlardan yeni neft-qaz kəmərlərinin çəkilməsi mütləq nəzərə alınmalıdır.

    Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiyada neft ixracını diversifikasiya etmək üçün bir sıra infrastruktur layihələri üzərində işlənilir. Belə layihələrdən biri Şərqi Sibir-Sakir okean kəmərinin ötürmə gücünün artırılmasıdır. Bundan əlavə, Rusiya neft nəqli üçün yeni limanların yaradılması üzərində də çalışır. Bu prosesləri əlaqələndirmək üçün xüsusi işçi qrupu formalaşdırılıb. Novakın sözlərinə görə, qısamüddətli dövrdə görülən tədbirlər nəticəsində apreldə kəskin azalan neft hasilatında mayın ilk günlərində sabitləşmə qeydə alınıb: “Hasilat aprellə müqayisədə artıb. Biz güman edirik ki, mayda göstəricilər qismən bərpa olunacaq və daha yaxşı olacaq”.

    Nazir müavini deyib ki, Rusiya bir sıra yeni alıcılara neft satmağa başlayıb, bəzi istiqamətlərdə ixrac artıb: “Şübhəsiz, Rusiya neft şirkətləri yeni situasiyaya uyğun olaraq yeni istiqamətlər, yeni logistika zəncirləri axtarırlar. Biz görürük ki, yeni alıcılar var, neft ixracında artım var, Asiya-Sakit okean regionu da daxil olmaqla, yeni istiqamətlər var”.

    Xatırladaq ki, “Bloomberg” Rusiyanın Hindistana öz neftini dünya bazar qiymətindən 35 dollar aşağı qiymətə təklif etdiyinə dair məlumat yayıb. Agentliyin məlumatına əsasən Hindistan tərəfi 42 dollarlıq endirim əldə etməkdə qərarlıdır. Eyni müzakirələrin Çin şirkətləri ilə də aparıldığı bildirilir.
    Qeyd olunanlar göstərir ki, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, ölkə sənayesində cari ildə kəskin enişin qarşısını almaq mümkün olmayacaq. Qısa müddətdə yeni bazarlar tapıb, nəql və ya çatdırılma infrastrukturunu qurmaq mümkün olmayacaq. Bu isə ölkədə cari ilin yekunundan 12,4 faizdən daha yüksək iqtisadi geriləmənin baş verməsi ehtimalını gücləndirir.

    Dünya SAKİT

    Oxunub: 487
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.