8-ci mərtəbədə asılı qalmış 3 yaşlı uşaq son anda XİLAS EDİLDİ -
ANBAAN VİDEO
Qazaxıstanın paytaxtı Nur Sultanda binanın pəncərəsindən asılmış 3 yaşlı uşaq son anda ölümdən dönüb.
37 yaşlı Sabit Şontakbayev binanın 8-ci mərtəbəsində pəncərədən asılı vəziyyətdə olan uşağı aşağı mərtəbədəki mənzilin pəncərəsindən çıxaraq xilas edib.
Məlumata görə, uşağın anası alış-veriş üçün evdən çıxıb və azyaşlı evdə tək olub. Uşaq isə pəncərənin altına yastıq və yumşaq oyuncaqlar yığıb, daha sonra pəncərədən çölə çıxıb.
Balaca uşağın xilas edildiyi anlar ətrafdakılar tərəfindən anbaan lentə alınıb.
(BAKU.WS)
Oxunub: 381
Xəbəri paylaş
Paylaş: