Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • BMT-dən SOS: Ukraynada müharibə dünya əhalisinin 20 fazini AC QOYA BİLƏR
  • Ukraynadakı vəziyyət dünyanı ac qoya bilər
  • Dünya üçün BÖYÜK TƏHLÜKƏ - İndiyədək görünməmiş böhran başlayır
  • BMT baş katibi Ukrayna ilə əlaqədar bir sıra daimi nümayəndələrlə əlaqə saxlayır
  • Nüvə qarşıdurması qayıdır - BMT xəbərdarlıq edir
  • SOS: dünya ACLIQ TƏHLÜKƏSİNƏ doğru

    • Tarix: 13-05-2022, 11:41


    Azərbaycan ərzaqlıq buğda ilə özünütəminat səviyyəsini 70 faizə çatdırmaq üçün tədbirlər həyata keçirməyə başlayıb

    BMT-nin baş katibi Antoniu Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini deyib. Bu barədə baş katib Avstriya kansleri Karl Nehammer və xarici işlər naziri Aleksandr Şallenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib: “Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması riskləri məni çox narahat edir”.

    Qeyd edək ki, baş katibdən bir neçə gün əvvəl Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulz da “Bild” nəşrinə müsahibəsində Ukraynadakı müharibənin qlobal aclıq təhlükəsi yaratdığını deyib. Onun sözlərinə görə, bütün dünyada ərzaq qiymətləri 35 faizə yaxın artıb və hazırda rekord səviyyədədir: “Dünya quraqlıq, koronavirus pandemiyası və Ukraynadakı münaqişə səbəbindən İkinci Dünya müharibəsindən bəri ən pis aclıqla üzləşə bilər. BMT-nin hesablamalarına əsasən 2022-2023-cü illərdə aclığa məruz qalanların sayı 8-13 milyon nəfər arta bilər.

    Ümumdünya Ərzaq Proqramı hesab edir ki, dünyada 300 milyon nəfər aclıqdan əziyyət çəkir. Bu qiymətləndirmə daim artan istiqamətdə dəyişir. Hazırda əsas çağırış bundan ibarətdir ki, bizi İkinci Dünya müharibəsindən bəri ən böyük aclıq və milyonlarla qurban gözləyir”.

    BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı taxıl qıtlığını proqnozlaşdırmır -  Turkic World


    BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən aprel ayında qlobal ərzaq qiymətləri indeksi 158,5 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,8 bənd aşağıdır. Lakin bu göstərici keçən ilin aprel ayına nəzərən qiymətlərin 29,8 faiz artdığını ifadə edir.

    FAO bildirir ki, ərzaq qiymətlərindəki azalmanın ən əsas səbəbi bitki yağlarının kəskin ucuzlaşmasıdır. Eyni zamanda taxıl qiymətindəki nisbi azalma da prosesə təsirini göstərib. Aprel ayında şəkərin, ətin və süd məhsullarının qiymətində bahalaşma davam edib.

    FAO ekspertləri taxıl məhsullarının ucuzlaşmasının əsas səbəbi kimi Argentina və Braziliyada yığım mövsümünün başlanmasını qeyd edirlər. Bu zaman buğdanın qiymətindəki 0,2 faizlik cüzi bahalaşma ümumi taxıl qiymətlərinə təsir etməyib.

    Ərzaq qiymətlərinin baha olaraq qalmasına Ukrayna limanlarının Rusiya tərəfindən işğalı, bir qisminin isə mühasirədə saxlanması səbəb olub. ABŞ-da əkinlərin vəziyyəti ilə bağlı təhlükə də nisbətən az təsirə malik olub. Bu şəraitdə Hindistandan gözlənildiyindən daha çox buğdanın ixrac olunması, Rusiyanın özünün ixracı artırması, həmçinin qlobal tələbin azalması qiymətlərin bahalaşmasının qarşısını alıb.

    Süd məhsullarına gəlincə, apreldə onlar martla müqayisədə bahalaşıb ki, bu da Qərbi Avropa və Okeaniyada süd istehsalının mövsüm səviyyəsindən aşağı olmasından irəli gəlib.

    Ət isə apreldə martdakı rekord artım göstəricisini örtərək daha 2,2 faiz bahalaşıb. Quş əti Ukraynadan ixracda yaranan fasilələr və Şimal yarımkürəsində quş qripi hallarının artması nəticəsində bahalaşıb. Donuz əti marta nisbətən az bahalaşıb. Buna Qərbi Avropada kəsimə verilən heyvan sayının azalması, iri istehsalçıların özlərində tələbatın artması səbəb olub. Braziliyadan ixracın kəskin artımı mal ətinin sürətli bahalaşmasının qarşısını alıb. Çindəki karantin tədbirləri üzündən limanları bağlanması qoyun ətinə tələbatın azalması və onun qiymətinin cüzi də olsa düşməsinə gətirib çıxarıb.

    Ölkənin taxıl zəmilərindən 1 milyon tona yaxın buğda yığılıb – Nazirlik  rəqəmləri açıqladı

    FAO-nun hesablamalarına əsasən, hazırda Ukraynada 25 milyon tona yaxın ixraclıq taxıl yığılıb qalıb. “Reuters” qurumun direktor müavini Cozef Şmidhuberə istinadən xəbər yayıb ki, Qara dəniz limanlarının işğalı və mühasirəsi nəticəsində Ukrayna bu məhsulu ixrac edə bilmir: “Bu, hazırda Ukraynada müşahidə etdiyimiz qrotesk vəziyyətdir. Demək olar ki, 25 milyon ton taxıl ixrac oluna bilərdi, lakin infrastrukturun olmaması səbəbindən ölkəni tərk edə bilməyəcək”.

    Mütəxəssisin fikrincə, satılmayan məhsulla dolu elevatorlar iyul və avqust aylarında növbəti məhsul yığımı zamanı ehtiyat yer çatışmazlığına səbəb ola bilər. Eyni zamanda o qeyd edib ki, münaqişəyə baxmayaraq, yığım səviyyəsini “acınacaqlı” adlandırmaq olmaz, lakin yığılacaq məhsulu saxlamaq imkanları- müvafiq anbarlar doludur: “Narahatlığa daha bir səbəb Ukraynadakı döyüşlər zamanı bəzi taxıl anbarlarının məhv edilməsi ilə bağlı xəbərlərdir”.

    Məlumdur ki, Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatı başlayandan Ukrayna taxılını dəniz yolu ilə deyil, qərb sərhədindən və ya Dunaydakı kiçik limanlarından dəmir yolu ilə ixrac etməyə məcbur olub. Bu yolla anbarlarda olan məhsulu tam ixrac etmək mümkün deyil. Mayın 9-da Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkə limanlarında ticarət dayandırılıb. O, dünya ictimaiyyətini Rusiyanın limanların mühasirəsini qaldırmaq, buğda ixracını bərpa etmək və qlobal ərzaq böhranının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb. Prezident kənd təsərrüfatı məhsullarının ən böyük ixrac limanı olan Odessaya gedən Avropa Şurasının prezidenti Şarl Mişellə görüşdən sonra bu məsələni qaldırıb: “Onilliklər ərzində ilk dəfədir ki, Odessa limanında ticarət donanması hərəkət edə bilmir. Belə vəziyyət Odessada İkinci Dünya müharibəsindən bəri ilk dəfədir yaranır. Bu, yalnız Ukraynaya yönəlik zərbə deyil. Bizim aqrar ixracımız olmadığı üçün artıq dünyanın müxtəlif guşələrində onlarla ölkə ərzaq çatışmazlığı həddindədir. Zaman keçdikcə bu vəziyyət qorxunc ola bilər. Buna görə də Ukrayna limanlarının buğda ixracı üçün mühasirədən çıxarılması lazımdır”.

    Bir neçə gün əvvəl Kiyevə səfər edən Kanadanın baş naziri Castin Trüdo bildirib ki, ölkəsi Ukraynaya anbarlarda qalan taxılın ixracı variantlarını işləyib hazırlamağa kömək edəcək.

    BMT Baş katibi Antoniu Quterreşin sözlərinə görə, Ukraynanın aqrar məhsullarının dünya bazarına çıxışı təmin olunmadan qlobal ərzaq böhranını həll etmək mümkün deyil. Ukrayna kənd təsərrüfatı sahəsinə məsul şəxslər ölkədə daxili tələbatdan artıq 12 milyon tondan yuxarı məhsulun olduğunu bildiriblər.

    Ölkənin kənd təsərrüfatı naziri Nikolay Solskinin verdiyi məlumata əsasən aprel ayında Ukrayna 1 milyon 90 min ton taxıl ixrac edə bilib. Halbuki planlaşdırılan həcm 4 milyon tondan yuxarı idi.

    Mayın 10-da ABŞ prezidenti Co Bayden məsələyə toxunaraq ölkəsinin müttəfiqləri ilə birlikdə Ukrayna taxılının dünya bazarına qaytarılması üçün imkanlar axtardığını bildirib. Ölkədəki inflyasiyaya qarşı mübarizə, amerikalılar üçün qiymətlərin endirilməsi yollarından danışan Baydenin sözlərinə görə, Ukrayna anbarlarında təxminən 20 milyon ton civarında taxıl var. Bu həcmlərin bazara çıxarılması taxıl kimi strateji məhsulun qiymətinin düşməsinə səbəb ola bilər.

    Qeyd edək ki, Ukrayna limanlarını mühasirədə saxlayan Rusiya işğal etdiyi ərazilərdəki taxılı oğurlayaraq xaricə satmağa çalışır. Aprelin sonlarında Ukrayna hökuməti müəyyən edib ki, Rusiya gəmisi müvəqqəti işğal altında olan Krımda 27 min ton taxıl yükləyərək onu Misirə satmağa çalışsa da, bu ölkədən aldığı imtinadan sonra istiqamətini Livan və Suriyaya dəyişib.

    İşçilər Rusiya neftini daşıyan gəmini boşaltmaqdan imtina edirlər »  Anews.az Azərbaycan xəbər portalı

    Bu barədə ilk dəfə “Myrotvorets” portalı MarineTraffic gəmi izləmə sisteminin məlumatlarına istinadən məlumat yayıb. Belə ki, “Matros Poziniç” gəmisi işğal altındakı Krımda 27 min ton taxıl yükləyib və onunla birlikdə Misirin İsgəndəriyyə limanına gedib. Ukrayna Xarici İşlər Nazirliyi 27 min ton taxıl ixracı ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin  nümayəndəsi Oleq Nikolenko vurğulayıb ki, ukraynalı diplomatlar Rusiyanın bu taxılın İsgəndəriyyəyə çatdırılmasına mane olublar: “Bizdə olan məlumata görə, hazırda Rusiya tərəfi Ukraynanın cənubunda oğurlanmış taxılla birlikdə gəmini Livan və Suriyaya göndərib. Xarici İşlər Nazirliyi artıq Livan və Suriya hakimiyyətinə müraciət edib ki, oğurlanmış yüklə dolu gəmi onların limanlarına daxil olarsa, həbs edilsin”.

    Ukrayna tərəfinin məlumatına əsasən, Xerson vilayətindəki anbarlarda olan 400 min tona yaxın buğda ixrac üçün Krıma daşınıb. Ölkə XİN mayın 11-də Rusiyadan taxıl alan ölkələrə müraciət edərək, Ukraynadan oğurlanan taxılı almamağa çağırıb. Nazirlik bəyan edib ki, Krımdan çıxan taxıl dolu gəmilərin hamısı Ukraynadan oğurlanan məhsulu daşıyır.

    Onu da bildirək ki, hərbi əməliyyatlar üzündən Ukraynada taxıl əkinlərinin sahəsi kəskin azalıb. Belə ki, Ukrayna KTN-in məlumatına əsasən bu ilin ötən dövründə ölkədə 7 milyon hektara yaxın sahədə kənd təsərrüfatı birkiləri əkilib. Bu, ötən illə müqayisədə 25-30 faiz az deməkdir. Xüsusilə qarğıdalı əkinlərində azalma daha çoxdur.

    Rusiya KTN də toxum çatışmazlığı üzündən ölkədə taxıl əkinlərinin azaldığını açıqlayıb. Bu isə payız və qış aylarında qlobal taxıl bazarında təklifin azalması və qiymətlərin daha da yüksəlməsinə gətirib çıxara bilər. Bu baxımdan, xüsusilə buğda idxalından asılı olan ölkələrin indidən ehtiyatlar yaratması zəruridir. Belə ölkələrdən olan Azərbaycanda hökumət 2022-ci ilin əvvəlindən buğda və digər strateji ərzaq ehtiyatlarının həcmini artırmaq üçün tədbirlər həyata keçirir. Bu tədbirlər arasında zəruri ehtiyatların həcminin 2 aylıq+1 aylıq istehlak həddinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Dövlət idxalçı və istehsalçı sahibkarlara 3-cü ay üzrə ehtiyatların yaradılması üçün faizsiz kredit ayırır. Eyni zamanda minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq məhsullarının ixracı İqtisadiyyat Nazirliyinin xüsusi razılığı ilə həyata keçirilir. Nəhayət, Azərbaycan ərzaqlıq buğda ilə özünütəminat səviyyəsini 70 faizə çatdırmaq üçün tədbirlər həyata keçirməyə başlayıb. İsrail mətbuatının yazdığına görə, bu istiqamətdə əsas tərəfdaş bu ölkənin şirkətləri seçilib...

    Dünya SAKİT

    Oxunub: 281
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.