Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya veribmiş
“Biz 12 xalı münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən müsabiqənin gedişatında canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.
Bunu “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.
N. Salmanova vurğulayıb ki, canlı bağlantıya qoşulmamağın səbəbi onların tərəfindən deyil, təşkilatçıların ucbatından olub.
Qeyd edək ki, 66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukraynanın “Kalush” qrupu olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli isə 106 xal toplayaraq 16-cı yeri tutub.
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: