Rusiya ilk dəfə Ukraynada fosfor bombasından istifadə edib
Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.
Report xəbər verir ki, bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.
“Mariupol, “Azovstal”. Yenə - göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”-deyə, Andryuşenko bildirib.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: