Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Azərbaycana idxal edilən tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır
  • Elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq
  • Azərbaycanda bütün növ siqaretlər bahalaşıb
  • Azərbaycanda siqaret və spirtli içkilər üçün rüsumlar yenə artırılacaq
  • Gələn ildən araq və siqaret bahalaşacaq - aksiz dərəcələri artırılır
  • NAXÇIVANDA 80 QƏPİK, BAKIDA 2 MANAT...- Siqaret qiymətlərindəki böyük fərqlərin səbəbi nədir?

    • Tarix: 15-05-2022, 14:21


    Bütün dünyada olduğu kimi, ölkəmizdə də siqaret məhsullarına təlabat böyükdür. Uzun illərdir bu sahədə inhisarçılığın olması, rəqabət mühitinin pozulması siqaret bazarında kiçik bur qrupun istədiyi qiymətləri diktə etməsinə gətirib çıxarıb. Təsadüfü deyil ki, hazırda ölkənin müxtəlif bölgələrində satılan eyni növ siqaret məhsulları arasında kəskin qiymət fərqi mövcuddur.
    Məsələn, hazırda Naxçıvanda 1-2 manata təklif olunan siqaretləri paytaxt mağazalarında 3-4 manatdan aşağı almaq mümkün deyil.
    Eyni məhsullar arasında qiymət fərqinin bu qədər yüksək olması bir sıra şübhəli məqamlardan xəbər verir.
    Bu mövzuda kiçik bir araşdırma apararaq bu qeyri-müəyyənliyin səbəbini öyrənməyə çalışdıq.
    İlk öncə qeyd edək ki, ötən ay qüvvəyə minən qanuna əsasən, ölkəyə idxal edilən siqaret məhsullarının 1000 ədədi üçün aksiz vergisi 43 manatdan 46,5 manata qədər artırılıb. Ona görə də paytaxtda yerləşən bir sıra satış məntəqlərində siqaret məhsullarının qiyməti 20-30 qəpik aralığında bahalaşıb.



    Paytaxt mağazalarında apardığımız müşahidələrə əsasən, 20 gün əvvələ qədər “Sobranie” siqaretinin qiyməti 3,90 manat idisə, hazırda bəzi satış məntəqələrində 4,30 - 5 manat aralığında təklif olunur. Eynilə “Winston” 3,20-dən 3,80-ə, “Kent-4” 3,70-dən- 3,90-a, “Davidoff studio” 3,60-dan 4 manata, “Winston” ballı isə 3,50-dən 3,80 manata qədər bahalaşıb. Hazırda paytaxt mağazalarında digər markalarla müqayisədə nisbətən normal hesab olunan siqaretlərin qiyməti 3-4 manatdan ucuz deyil. Daha ucuz və keyfiyyət baxımından yaxşı olmayan siqaretlərin qiyməti isə iki manatdan başlayır.

    Bakıdan fərqli olaraq, Naxçıvanda siqaret məhsularının qiyməti olduqca aşağıdır. Naxçıvanda satılan 20-yə yaxın müxtəlif siqaret brendlərinin qiymətİ, 70 qəpiklə-8 manat arasında dəyişir. Orta təbəqəli əhali əsasən, 1-2 manata satılan siqaretlərdən istifadə edirlər.

    Siqaretin kifayət qədər baha olduğu paytaxtda, bəzilərinin "Marlboro"suna çevrilən 2-3 manatlıq siqaretlər isə Naxçıvanda 70-80 qəpiyə təklif olunur. Hər halda təsadüfi deyil ki, Muxtar Respublikaya səfər edən Naxçıvan sakinlərinə ilk sifariş "gələndə 1-2 qutu siqaret gətir" olur.
    Naxçıvandakı ərzaq mağazaları və paytaxtdakı köşklər arasında apardığımız siqaret qiymətlərinin müqayisəli təhlilini oxuculara təqdim edirik:

                                                                                        Naxçıvanda                           Bakıda

    1. -“Want” (göy nazik)                                     0.80 AZN                      2,40 AZN;
    1. - “Keno” (qara nazik)                                  0.85 AZN                       2,10 AZN;
    1. - “Winchester”                                            1,80 AZN                       2,60 AZN;
    1. - “Viceroy” (nazik )                                     1,60 AZN                       2,10 AZN;
    1. - “LD” (Compact)                                       2,50 AZN                       3,10 AZN;
    1. - “West” (boz qalın)                                   1,80 AZN                        2,60 AZN;
    1. - “West” (Compact)                                    1,90 AZN                        2,60 AZN;
    1. - "Davidoff" (ağ nazik)                                 2,10 AZN                       3,70 AZN;
    1. - “İmperial Classic”                                     1,40 AZN                         2,30 AZN”
    1. - “Winston” (Xs boz)                                   3 AZN                              3,50 AZN;
    1. - “LD” (Compact)                                        2,40 AZN                          2,90 AZN;
    1. - “Pall Mall” (göy )                                       1,80 AZN                          2,10 AZN;
    1. - “Pall MALL” (qara)                                    2,30 AZN                          2,60 AZN;
    1. - “Kent”                                                       3,40 AZN                            3,70 AZN;
    1. - “Sobranie” (ağ)                                        3,70 AZN                             3,90 AZN;
    1. - "Sobranie"                                               3,80 AZN                             4 AZN;
    1. - “Kent 4”                                                   3,40 AZN                              3,70 AZN;
    1. - “Kent 8“                                                   3,40 AZN                              3,70 AZN.

    Siyahıdan göründüyü kimi, eyni növ siqaret məhsulları arasında qiymət fərqi 20 qəpiklə - 1 manat 60 qəpik arasında dəyişir. Qiymət fərqinin bu qədər yüksək olması onu göstərir ki, satılan siqaretlər suni şəkildə bahalaşdırılaraq real qiymətindən daha yüksək məbləğlərə satılır. Qeyd edək ki, köşklərdə satılan və bu siyahıda olmayan - “Magna”, “Argo”, “Prima” kimi keyfiyyətsiz siqaretlərin qiyməti iki manatdan aşağı deyil.



    Naxçıvanda satılan və keyfiyyətcə bu siqaretlərə bərabər olan - “Visore”- 70 qəpik, “Fine”-80 qəpik, “Milano” və “Oscar” kimi siqaretlər isə 1 manata təklif olnur. Qiymət fərqliliyinin bu qədər yüksək olması, bir sıra sualların yaranmasına səbəb olur.

    Birincisi, Naxçıvanda istehsal olunan “Keno” və “West” siqaretləri niyə paytaxt mağazalarında öz dəyərindən 3 dəfə baha qiymətə satılır?
    İkincisi, necə olur ki, blokadada olan Naxçıvanda müxtəlif siqaret markaları Bakıdan daha ucuz olur?
    Üçüncüsü, niyə paytaxt mağazalarında siqaret məhsulları öz dəyərindən dəfələrlə baha qiymətə təklif olunur?
    Dördüncüsü, Naxçıvanda ucuz olan siqaret məhsullarının Bakıya gətirilməsinin qarşısı niyə alınır?

    Bu barədə bizə danışan və “məlum səbəblər”dən adının açıqlanmasını istəməyən Naxçıvandakı mənbələr bildiriblər ki, Muxtar Respublikada istehsal olunan “Visore, “Cahan”, “Fine” markalı siqaretlər keyfiyyətsiz olduğundan, çox az adam tərəfindən istifadə edilir: "Bu siqaretlərin qiyməti bahalaşmadan öncə 50-60 qəpik idi. Bu cür siqaretlərin 60-70 faizi kardon və digər tütün dadı verən aromatik kimyəvi maddələrdən hazırlanır. Həmçinin bu siqaretlər digərləri ilə müqayisədə daha çox asılılıq yaradır”.


    Həmsöhbətimiz qeyd edir ki, Naxçıvanda satılan siqaret məhsullarının qiymətinin ucuz olmasının səbəbi idə dövlət vergilərindən yayınmalardır: “Naxçıvan MR Gömrük Komitəsi siqaret məhsullarını ölkəyə buraxarkən, dəyərindən aşağı məbləğdə rəsmiləşdirmə aparır. Sonra isə bu məhsullar müəyyən şəxslər tərəfindən Tükiyə və Bakıya aparılaraq, dəyərindən baha qiymətə mağazalara təklif olunur. Naxçıvan mağazalarında aksiz markası olmayan siqaret məhsullarınada rast gəlmək mümkündür”.

    “Naxçıvanda satılan siqaretlərin fiziki şəxslər tərəfindən Azərbaycanın fərqli bölgələrinə aparılmasının qarşısı müxtəlif bəhanələrlə alınır. Məsələn, Naxçıvandan Bakıya təyyarə ilə səfər edən hər hansı bir şəxs özü ilə maksimum 2-3 qutu siqaret apara bilər. Əgər sərnişin Naxçıvan Hava Limanınında satılan siqaret məhsulunu alırsa, bu zaman özü ilə 5-10 qutu siqaret məhsulu apara bilir. Ancaq hava limanında təklif olunan siqaret məhsullar, mağazadakı qiymətindən 2-3 manat baha olur”,- Naxçıvandakı məlumatlı mənbələr bildirir.

    Səsləndirilən bütün bu iddialarla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinə müraciət etsək də, suallarımıza cavab verilmədi. Qurumun məlumat şöbəsində çalışan xanım əməkdaş ilk öncə bu iddiaları təkzib etsə də, sonradan dəqiq məlumat üçün ümumi şöbədən bizimlə əlaqə saxlanılacağını bildirdi. Lakin geridönüş edən olmadı...


    Bu mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, tütün məmulatları "dövlət tərəfindən qiyməti tənzimlənməyən" məhsullar sırasına aiddir: ”Dövlət bu sahədə yalnız aksiz vergilərinin məbləğini müəyyən edir. Siqaret məhsullarının fərqli qiymətə satılması logistika və daşıma xərclərindən asılı ola bilər. Amma qiymətlərdə böyük fərqlərin ortaya çıxması ciddi şübhələrin yaranmasına səbəb olur. Ehtimal edirəm ki, siqaretlər gömrük rüsumu və aksiz vergisi ödənilmədən Naxçıvana gətirilir. Bu səbəbdən də ortaya belə qiymət fərqləri çıxır".

    Ekspert qeyd edir ki, Naxçıvandan Bakıya aparılan siqaret məhsullarına tətbiq olunan məhdudiyyətlər tamamilə qanunsuzdur: “Bildiyiniz kimi, Azərbaycana xarici ölkələrdən gətirilən tütün məmulatları və spirtli içkilərlə bağlı müəyyən məhdudiyyətlər var. Bu qadağaların tətbiqi Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin birgə qərarı əsasında qəbul edilib. Ancaq ölkə daxilində mal dövriyyəsini məhdudlaşdıracaq hər hansı bir qadağa yoxdur. Naxçıvan da Azərbaycan tərkib hissəsi olduğundan, bu cür qadağaların olması çox məntiqsizdir. Bu qadağanı "kim"lər qoyubsa, böyük səhv ediblər".



    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirilir ki, tütün məmulatlarının qiyməti bazar iqtisadiyyatı şəraitində tələb və təklif əsasında formalaşır: "Yəni burada bir neçə qəpik və ya bir manata yaxın qiymət fərqinin olması qanuna zidd hesab olunmur. Çünki siqaret məhsullarının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunmur".
    Belə məhsulların qiymət fərqinə necə nəzarət olunduğuna gəlincə, bu suala da qurumdan cavab verilmədi.

    Diqqətimizi çəkən başqa bir məqam isə Naxçıvan MR Gömrük Komitəsinin fəaliyyətilə bağlıdır. Belə ki, qurumun rəsmi saytına nəzər saldıqda maraqlı bir nüansla qarşılaşdıq. 2019-cu ildə yaradılan saytın xəbərlər bölməsində mütəmadi olaraq, MR-ə keçirilməsinin qarşısı alınan məhsullarla bağlı məlumatlar yerləşdirilsə də, Naxçıvan gömrükçülərinin ələ keçirdiyi qanunsuz siqaret məhsullarıyla bağlı bir dənə belə fakta rast gəlmədik. Bu olduqca maraqlı bir faktdır. Çünki ölkəyə qanunsuz şəkildə keçirilməyə çalışılan üç məhsuldan biri, məhz aksizsiz siqaretlərdir. Dövlət Gömrük Komitəsinin rəsmi saytının xəbərlər bölməsinə nəzər saldıqda da bunu görmək mümkündür.


    Sonda qeyd etmək istəyirik ki, sözügədən sahədə inhisarçılıq hələ də qalmaqdadır. Araşdırmanın nəticəsinə görə, sadə vətəndaşlara 2 qutu siqaret aparmağı çox görənlər, gömrükdə rüsumsuz, vergisiz, dəyərindən olduqca aşağı qiymətə rəsmiləşdirdikləri siqaretləri paytaxta və müxtəlif bölgələrə rahatlıqla daşıyırlar. Sonra da bu məhsulları dəyərindən bir neçə dəfə baha qiymətə əhaliyə satırlar.
    Nəticədə vergidən yayınmalarla həm dövlət büdcəsinə ziyan dəyir həm də tütün məmulatları əhaliyə real qiymətindən baha satılır. Siqaret biznesinin zərərli tüstüsündən qazanclı çıxmağı bacaranlar isə inhisarçı məmurlardır...

    Elvin Bəyməmmədli

    Oxunub: 571
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.