Doğuşa görə 600 manat istədilər -
TƏBİB isə TƏKZİB ETDİ
S.Ədilov tərəfindən Modern.az-a daxil olan şikayətdə deyilir: “Həyat yoldaşım Quliyeva Gülnar İlqar qızını qeysəriyyə əməliyyatı üçün Tovuz Rayon Mərkəzi Xəstəxasına yerləşdirmişəm. Qeysəriyyə əməliyyatı icbari tibbi sığorta tərəfindən həyata keçirilməli, bizdən pul alınmamlı idi. Ancaq həkim məndən 600 manat pul istəyir, deyir ki, “pulumu ver, hara şikayət edirsənsə et”. Bu məsələyə aydınlıq gətirilməsini, araşdırılmasını istəyirəm”.
İddiaya aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq.