ABŞ-da 1 sutkada koronavirusdan ölənlərin sayı açıqlandı – 2 min nəfərə yaxın

ABŞ-da son 24 saat ərzində koronavirusa yoluxan 2 minə yaxın şəxs dünyasını dəyişib.
Globall.az “Report”a istinadla xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Qeyd olunub ki, ölkədə son sutkada 36 118 yeni yoluxma, 1 995 ölüm halı qeydə alınıb.
Hazırda ölkədə 933 050 nəfərdə koronavurs infeksiyası aşkar edilib, 53 391 şəxs pandemiyanın qurbanı olub.
Oxunub: 370
Xəbəri paylaş
Paylaş: