Ermənilər də daxil olmaqla 7 lobbi qrupu hərəkətə keçdi –
Anti-Türkiyə PLANI
ABŞ-ın Ankaranın F-16 tələbinə “yaşıl işıq” yandırmasından sonra anti-Türkiyə lobbisi hərəkətə keçib.
Globall.az xəbər verir ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 və 80 modernləşdirilmiş dəsti almaq üçün müraciət edib. Bayden administrasiyası Konqresdən buna icazə verilməsini istəyib.
Amerika Erməniləri Milli Komitəsi (ANCA) də daxil olmaqla 7 lobbi qrupu F-16-ların satışına qadağa qoyulması üçün kampaniyaya başlayıb.
Lobbi qrupları müraciət yayaraq, Konqresin satışa icazə verməməsini tələb edir. Bunun ABŞ-ın milli dəyərlərinə zidd olduğu iddia olunur. (publika.az)
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: