Baş redaktor intihara cəhd etdi, vəziyyəti ağırdır
Bakıda jurnalist intihara cəhd edib.
Globall.az xəbər verir ki, jurnalist Nəsimi Şərəfxanlı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.
"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.
Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.
Oxunub: 283
Xəbəri paylaş
Paylaş: