Azərbaycanda Həcc ziyarətinin təşkili qaydaları dəyişdirildi
"Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb".
Globall.az xəbər verir ki, bunu İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək". (report)
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: