Zelenski ilin ən nüfuzlu şəxsi seçildi
- SİYAHI
Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Time” jurnalının oxucularının versiyasına görə 2022-ci ilin ən nüfuzlu şəxsi seçilib.
Globall.az xəbər verir ki, bu barədə məlumatı jurnal yayıb.
Zelenski 3,3 milyondan çox səs toplayıb və səslərin 5%-ni qazanaraq birinci pillənin sahibi olub.
İkinci pillədə səslərin 3,5%-ni toplayan amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Mask yer alıb.
Böyük Britaniyanın Baş naziri Boris Conson isə 3,4% səslə üçüncü pillədə qərarlaşıb.
Dördüncü pillədə isə koronavirus pandemiyası ilə mübarizədə vacib rol oynayan səhiyyə işçiləri (səslərin 3,2%-i) yer alıb.
ABŞ Prezidenti Co Bayden 3,1% səslə beşinci pillənin sahibi olub. (qafqazinfo)
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: