Rusiyadan ŞOK QƏRAR: 12 ordu birliyi yaradılır
- Hədəfdə iki ölkə var
Rusiya İsveç və Finlandiyanın NATO-ya üzv olmasına hərbi baxımdan cavab verəcəyini bildirib. Bu məqsədlə Qərb Hərbi Dairəsində 12 ordu birliyi yaradılacaq.
Globall.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.
“Ən yaxın qonşularımız İsveç və Finlandiya tərəfindən NATO-ya üzvlük üçün müraciətlər təqdim olunub. Beləliklə, Qərb Hərbi Dairəsinin məsuliyyət zonasında gərginlik artmaqda davam edir. Biz adekvat tədbirlər görürük, ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə yaradılacaq”, - Şoyqu deyib.
Bu ordu birliklərinin dəqiq harada yerləşəcəyi, neçə canlı qüvvə və hansı silahların daxil olacağı hələlik məlum deyil.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: