Sülh şərtlərini Moskva yox, Kiyev müəyyən etməlidir - Borrel
Rusiya və Ukrayna arasında sülhün bağlanması ilə bağlı şərtləri Moskva yox, Kiyev müəyyən etməlidir.
Globall.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
Onun fikrincə, müharibənin dayandırılması üçün şərtlər Ukrayna tərəfindən irəli sürülməlidir.
“Mən hesab edirəm ki, atəşkəs üçün şərtləri Ukrayna müəyyən etməlidir”, - deyən Aİ rəsmisi Rusiyanın şərtlərinin qəbuledilməz olduğunu söyləyib. (modern.az)
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: