Mariupolda qorxunc vəziyyət -
Mer XƏBƏRDARLIQ ETDİ
Rus işğalçıları Mariupolda su təchizatını bərpa etməyə çalışırlar, lakin onların qeyri-peşəkar hərəkətləri problem yarada bilər.
Globall.az axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.
"Onların hazırda Mariupola ötürmək üçün bərpa etməyə çalışdığı su küçələrə axır. Bununla da qeyri-işlək vəziyyətdə olan kanalizasiya borularına tökülür və bütün bu qarışıq su anbarına, oradan da Azov dənizinə, əhalinin istifadə etdiyi quyulara axıdılır", - Boyçenko vurğulayıb.
O qeyd edib ki, ekoloji fəlakətə yoluxucu xəstəliklərin alovlanması da əlavə oluna bilər: "Mütəxəssislərin bəhs etdiyi fəlakət də baş verə bilər - yoluxucu xəstəliyin alovlanması: ya vəba, ya da dizenteriya".
Mer qeyd edib ki, əhalini evakuasiya etmək lazımdır: "Yaşıl dəhlizlər müəyyən edilsin və Mariupol sakinləri Ukraynanın nəzarət olunan hissəsinə getmək imkanı əldə etsinlər. Biz bütün beynəlxalq tərəfdaşlarımızı bu məqsəd ətrafında birləşməyə dəvət edirik".