Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “BRÜSSELDƏN SONRA MOSKVADA TOPLAŞACAQLAR...”- “Moskva imkan verməyəcək ki...”
  • Paşinyan RAZILAŞDI - Rusiyanı təlaşa salan QƏRAR: Qarabağdan çəkilirlər
  • Rusiya Prezidenti: "Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik”
  • Qarabağ üçün Rusiya-Brüssel qarşıdurması QIZIŞIR - Tətiyi ilk kim çəkəcək?
  • Paşinyan Bakının güzəştə getməsini istəyir - Qarabağ erməniləri 5 gün ərzində ...
  • Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər - Dünyanın diqqəti BURADA

    • Tarix: 21-05-2022, 14:40

    Rusiya Qarabağda müxtəlif ssenarilər üzərində düşünür. Bu işdə ona təbii ki, Ermənistan yardım etməkdə maraqlıdır. Daxildə baş verən etiraz aksiyaları, təzyiqlər Nikol Paşinyan hakimiyyətinə bu proseslər fonunda divident qazanmaq baxımından hava-su kimi lazımdır. Elə bunun nəticəsidir ki, Brüssel görüşünün ikinci raundundan sonra Ermənistanla Azərbaycan arasında növbəti görüşlərin də uğurla keçəcəyinin gözlənildiyi bir zamanda aprelin sonuna planlaşdırılan iki dövlətin komissiyalarının görüşü təxirə salındı, bunun ardınca eyni hal ikinci dəfə (7-11 may) təkrarlandı.

    Brüssel görüşünün Rusiyanın maraqlarına uyğun gəlmədiyi üçün gözlənildiyi kimi Moskva faktoru öz işini görməyə başladı. Ukraynadakı savaşı bitənə qədər Azərbaycanın başı açılmasın deyə Ermənistanla sərhəddində atışmaya "töhfə" verən Rusiya, eyni prosesi Ermənistanda fərqli formada - etiraz dalğaları ilə təkrarlayır. Beləcə, həm N.Paşinyana barmaq silkələyir, həm də Brüsseldə verdiyi vəddən çıxış yolu tapmaq üçün bəhanə təklif etmiş olur. 

    Nəzərə alsaq ki, Ermənistan silahlı birləşmələri də Azərbaycanın Kəlbəcər rayonu istiqamətində son zamanlar xüsusi "fəallıq" nümayiş etdirilər, demək ki, Rusiya Bakıya da bu yolla "mənim iznim olmadan bu regionda sülh imzalaya bilməzsiniz" mesajı vermək istəyir. Moskvanın göstərişinə uyğun olaraq Ermənistan daxilindəki müxalif qüvvələr, xüsusilə də "Qarabağ klanı" hələ də əlaltılarının olduğu ordudakı özbaşınalıq, xaos durumdan istifadə edərək Azərbaycanın mövqelərini vaxtaşırı atəş altında saxlayaraq ordumuzu təxribata çəkmək istəyirlər.

    Nəticədə sülh danışıqları, sərhədlərin delimitasiyası məsələnin gündəmdə olduğu bir vaxtda Azərbaycanın səbrini daşıraraq cavab tədbirlərindən də ötəsini etməyə məcbur qoymaq niyyətindədirlər. Beləcə, Moskvanın himayəsində olan revanşist qüvvələrin Avropa ittifaqına və xüsusilə də N.Paşinyana deməyə əsasları olsun ki, "Görürsən, bu da sülh sazişi imzalamaq istədiyiniz Azərbaycan. Baxın, bizim Azərbaycanla sərhəddə problemlərimiz hələ qalır. Bölgədə münaqişə vəziyyəti davam edir. Sülh üçün münbit vəziyyət mövcud deyil".
     
    Ermənistanın bölgədə sülhlə bağlı məsələdə destruktiv mövqeyini hər an görmək mümkündür. Belə bir vəziyyəti bir neçə gün öncə yenidən müşahidə etdik. Belə ki, MDB xarici işlər nazirlərinin Düşənbədə keçirilən iclası çərçivəsində Sergey Lavrovla ayrıca söhbətdən sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan mediaya açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işçi qrupunun ilk iclası mayın 17-də Moskvada keçiriləcək və orada tərəflər arasında sülh danışıqlarına başlanacaq. Lakin erməni nazirin dediyi vaxt-vədə yetişsə də, danışdığı Ermənistan hakimiyyətinin növbəti uydurması, yalanı kimi yadda qaldı. 


    Artıq Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan dövlətinin Azərbaycanla yanaşı, Qərbi də aldatmaq cəhdini yaxşı görən Avropa İttifaqı Rusiyanın müxtəlif yollarla təsirindən qopmağa qoymadığı rəsmi İrəvana gəlinən razılıqları xatırlatmaq üçün növbəti dəfə Brüsselə dəvət edib. Bu ayın 22-də Avropanın siyasət paytaxtında Şarl Mişelin vasitəçiliyi ilə gerçəkləşəcək növbəti görüş məhz İrəvana götürdüyü öhdəlikləri təcili olaraq yerinə yetirmək üçün xatırladılması nəzərdə tutulan bir görüş olacağı istisna edilmir. Əslində Qərb bununla Paşinyana "ya Rusiya, ya biz" kimi seçim imkanı verəcək ki, bu da İrəvanın manevr imkanlarını xeyli dərəcədə azalda və Ermənistan rəhbərliyini konstruktiv addım atmaq məcburiyyətində qoya bilər. 

    Son günlər Azərbaycan xüsusilə istər siyasi, istərsə də hərbi nöqteyi nəzərdən nəzərə çarpacaq dərəcədə təmkin göstərərək Ermənistandakı revanşist qüvvələrin hiylələrinə alət olmadı. Bu vəziyyət Brüssel görüşü öncəsi Bakının əlini daha da qüvvətləndirir. Çünki Aprelin 6-dakı görüşdə əldə olunan razılıqlar üçtərəfli bəyanatlarda olduğu kimi bu günə kimi həll olunmayaraq qalmaqdadır. Aprelin sonu və mayın 7 və 11 də komissiyaların iclası ard-arda iki dəfə təxirə salındı ki, bu da Ermənistanın havadarlarından fərqli göstərişlər aldığından, hər ağızdan başqa avaz aldığından irəli gəlir.

    Amma Azərbaycanın da bu məsələdə çox təmkinlik nümayiş etdirmək fikri yoxdur. Bakının da səbri bir yerə qədərdir. Düşünürəm ki, Brüssel görüşü Paşinyan hakimiyyəti üçün ciddi və son sınaq ola bilər. Artıq Bakı bir daha anladı ki, Ermənistanın ipinin üstünə odun yığılası deyil, onunla ancaq güc yolu ilə danışmaq fayda verəcək. Çox güman ki, Azərbaycan lideri bununla bağlı həm Aİ prezidenti Şarl Mişelə, həm də Ermənistan baş nazirinə çox açıq şəkildə öz fikirlərini bəyan edəcək.

    Qərb və ABŞ-ın Azərbaycanın 44 günlük müharibə ilə regionda yaratdığı yeni reallığı qəbul etdiyi artıq gün kimi aydındır. Təbii ki, Ukrayna-Rusiya müharibəsi faktoru da sözügedən beyin mərkəzlərinin Bakı ilə razılamasında müstəsna əhəmiyyət daşıdı. Düşən fürsətdən çox effektiv yararlanan rəsmi Bakı artıq dünyanın "super" gücü ABŞ-ı da Azərbaycanla hesablaşmaq, onun maraq və istəklərini nəzərə almaq imkanı verməyə başlayıb. 


    Biz bunu ABŞ lideri Co Baydenin İlham Əliyevə göndərdiyi məktubdan da aydın şəkildə görə bilərik. Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və dövlət başçısını təbrik edən Ağ Ev rəhbəri daha sonra çıxışında "Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" ifadələrinə yer verib. Amerika lideri bu fikirləri ilə Azərbaycanın nəinki region, qitə, artıq dünya üçün nə dərəcədə əhəmiyyətli bir aktora çevrildiyinə diqqəti yönəldib. 

    Baydenin Azərbaycanın haqqın yanında olduğunu, ədalətli mövqe tutduğunu deməsi rəsmi Bakı üçün nə qədər önəmlidirsə, "Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik" ifadəsi də ən azı bir o qədər vacib və lazımlı idi. Təbii ki, bu cümlədə "terrorizmlə mübarizə" məsələsində konkret ünvan göstərilmədiyindən, ABŞ liderinin bu bəyanatı İrəvanı ciddi narahat da edə bilər, çünki konkret ünvan göstərilmir. 

    Bu, eyni zamanda Ermənistana Rusiyanın mövqeyindən çıxış etməsini, Qərbin Bakının təklif etdiyi sülh paketini dəstəklədiyi halda Moskvanın əmrləri əsasında qərarlar qəbul etməsini "bir işğalçının yanında yer almaq" kimi qəbul etdiyi anlamında da qəbul edilə bilər ki, sözügedən ssenari İrəvan üçün heç cürə məqbul sayıla bilməz. Bununla ABŞ dövləti eyni zamanda Ermənistana təzyiq edə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq üçün bu fürsəti dəyərləndir. 


    Co Baydenin "İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır" fikirlərindən bu deyilənlər bir daha öz təsdiqini tapır. Göründüyü kimi, ABŞ regionda Azərbaycanın təklif etdiyi sülhün tərəfdarıdır. Çünki Ağ Ev də yaxşı anlayır ki, Cənubi Qafqazı Rusiyanın caynağından xilas etməyin yolu məhz Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasından keçir. Bu yolla Ermənistanı Rusiyanın orbitindən çıxarmağın mümkünlüyünü yaxşı başa düşən C.Bayden və komandası, bunun üçün regionda Rusiya ilə soyuq savaşı artıq başlatdığını da elan etmiş oldu. 

    Mayın 22-də Brüsseldə baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin görüşünə ümidlər böyükdür. Paşinyan nəhayət konkret qərara gəlməlidir. Əks təqdirdə destruktiv mövqeyi davam edəcəyi təqdirdə Laçın dəhlizinin bağlanması və Azərbaycan-Ermənistan sərhəd xəttinin "çəkilməsi" hərbçilərimiz tərəfindən reallaşdırıla bilər. Saatlar sonra baş tutacaq Brüssel görüşü ya yeni savaşın anonsu olacaq, ya da Paşinyan sülh yolunda önəmli addım atacağı ilə bağlı məsuliyyəti tamamilə öz üzərinə götürmək iradəsini ortaya qoyacaq.

    Təhməz Əsədov

    Oxunub: 256
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.