“Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib” -
Zelenski
Rusiya Federasiyası Ukraynanı məhv etmək üçün bütün imkanlarından istifadə edir. Eyni zamanda, Rusiyanın bölgələrində deyirlər ki, “xüsusi əməliyyat” bir çox sənaye sahələrinin, o cümlədən tikintinin iqtisadi tənəzzülünə və insanların yoxsullaşmasına səbəb olur.
“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.