Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır -
ölənlərin sayı 205 mini keçdi
Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 957 min 393 nəfərə çatıb.
Virusdan ölənlər 205 min 388, sağalanlar isə 867 min 546 nəfər təşkil edir.
Ölkələr arasında virusa ən çox yoluxma (964 min 904) və ölüm (54 min 776) ABŞ-da qeydə alınıb.
İlk onluğa daxil olan sərhəd qonşularımız Türkiyədə 107 min 773 yoluxma və 2 min 706 ölüm, İranda 90 min 481 yoluxma və 5 min 710 ölüm, Rusiyada isə 80 min 949 yoluxma və 747 ölüm halı müşahidə edilib.
Azərbaycanda 1645 yoluxma, 21 ölüm faktı var, 1139 nəfər sağalıb.
Oxunub: 556
Xəbəri paylaş
Paylaş: