Ukraynada benzin bahalaşdı -
Qıtlıq yaranıb
Son bir həftə ərzində Ukraynada benzin və dizel yanacağının qiyməti 20-30 faiz bahalaşıb.
Globall.az xəbər verir ki, A-92 markalı benzinin pərakəndə satış qiyməti bir litr üçün 8,93 qrivna bahalaşaraq 48-49 qrivna olub. A-95 markalı benzin litri 11-12 qrivna bahalaşaraq 51-52 qrivna təşkil edib.
Bundan əlavə, dizel yanacağının pərakəndə satış qiyməti litri 56,49 qrivna, maye qazın pərakəndə satış qiymətləri 39,24 qrivna olub.
Hazırda Ukraynada benzin və dizel yanacağının qıtlığı müşahidə olunur. Yanacağın qiymətinin yenidən artacağını ehtimal edilir. (modern.az)
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: