İTV-yə baş direktor seçildi
(YENİLƏNDİ)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Globall.az xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub.
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq, səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.
xxx
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası başlayıb.
Globall.az xəbər verir ki, iclas Audiovizual Şuranın inzibati binasında keçirilir.
İclasda İTV-nin yeni baş direktoru seçiləcək.
Artıq gizli səsvermə keçirilib və namizədlərin təklifləri dinlənilib.
Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.