Son sutkada 3 yoluxma qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 978 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.
Ölkədə son sutka ərzində 2692, hazırkı dövrədək isə 6883123 test aparılıb.
Oxunub: 502
Xəbəri paylaş
Paylaş: