Son sutkada Şimali Koreyada...
Son sutka ərzində Şİmali Koreyada azı 100 710 nəfərdə qızdırma əlamətləri aşkarlanıb, aprelin sonundan koronavirusun yayılması fonunda belə halların ümumi sayı 3,55 milyonu ötüb.
Globall.az Trend-ə istinadla xəbər verir ki, qızdırması olan xəstələrin 3,36 milyon nəfəri sağalıb, 188 mini müalicəsini davam etdirir. Ölənlərin sayı son sutkada bir nəfər artaraq 70-ə çatıb.
Bundan əlavə, bazar günündən etibarən Pxenyanda karantin qismən aradan qaldırılıb, bir sıra dövlət qurumları və orqanları fəaliyyətini bərpa ediblər.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: