Ukrayna Avroviziya kubokunu satdı - PUA alacaqlar
“Avroviziya 2022” mahnı müsabiqəsinin qalibi olan ukraynalı Kaluş Orkestri ona verilən kuboku 900 min dollara satıb.
Globall.az xəbər verir ki, İtaliyanın Turin şəhərində keçirilən yarışda birinci yerə çıxan musiqi qrupu Rusiyaya qarşı müharibədə Ukrayna ordusuna dəstək olmaq məqsədilə Avroviziya kubokunu sosial şəbəkə hesabında satışa çıxarıb.
Bildirilib ki, satışdan əldə olunan vəsait Ukrayna ordusunun PUA almasına sərf olunacaq. Bu addım sosial şəbəkələrdə müsbət qarşılanıb.
Xatırladaq ki, 14 may tarixində İtaliyanın Turin şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi Ukrayna olub. (modern.az)
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: