Milli Məclisin növbədənkənar sessiyası çağırıldı
(YENİLƏNDİ)
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.
Globall.az xəbər verir ki, iyulun 15-nə qədər davam edəcək sessiyanın ilk iclasının tarixi məlum olub.
Belə ki, növbədənkənar sessiyanın birinci iclası iyunun 7-nə planlaşdırılıb.
İclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək. (modern.az)
xxx
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Globall.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Deputatlar iyun ayında növbədənkənar sessiyanın çağırılması ilə bağlı parlament sədrinə müraciət ediblər.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Növbədənkənar sessiyalar dövründə Milli Məclisin plenar iclasları, komitə və komissiyaların yığıncaqları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.