Avtomobilini sığortalamaq istəyənlərin NƏZƏRİNƏ -
BÜTÜN QAYDALAR DƏYİŞİR
Avtomobillərin icbari sığortası zamanı sürücünün yaşı və nəqliyyat vasitəsinin istehsal ili nəzərə alınacaq.
Globall.az Xəzər TV-yə istinadən xəbər verir ki, İcbari Sığorta Bürosunun yaydığı məlumatda belə bir dəyişikliyin olacağı bildirilib. Risk əsaslı sığorta haqqı hesablamalarını nəzərdə tutan yeniliklər sürücülər arasında birmənalı qarşılanmır. Bəziləri hətta hazırkı qaydaların dəyişdirilməsinin əleyhinədilər.
Sığorta eksperti İlkin İbrahimov deyir ki, mövcud qaydalara təklif edilən dəyişikliklər əslində yeni deyil. Bu təcrübə digər sığorta növlərində əvvəllər də olub.
Ekspertin fikrincə, dəyişikliklər rüsum və kompensasiyalara təsir edəcək. Ona görə də qaydalar hazırlanarkən bəzi nüanslarnəzərə alınmalıdır.
Mütəxəssisin sözlərinə görə, hazırda intizamlı sürücülərə güzəştlər tətbiq olunduğu kimi, intizamsız sürücülərin də sığorta haqqına əlavələr edilir.