Türkiyəyə giriş üçün PCR test tələbi LƏĞV EDİLDİ

Türkiyədə pandemiya ilə mübarizə çərçivəsində tətbiq edilən PCR testin nəticəsinin təqdim edilməsi tələbi ləğv edilib.
Globall.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bununla da ölkəyə giriş qaydaları yumşaldılıb.
"İyunun 1-dən ölkəyə bütün sərhəd məntəqələrində daxil olmaq üçün girişdən maksimum 72 saat əvvəl götürülməli olan PCR testinin mənfi nəticəsi olan sənədlər tələb olunmayacaq", - deyə məlumatda bildirilir.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: