Putinin Türkiyəyə səfərinin tarixi razılaşdırılır - Peskov
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi razılaşdırılır.
Globall.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Belə bir dəvət var və Putinin Türkiyəyə səfəri tarixi diplomatik kanallarla razılaşdırılacaq", - Peskov jurnalistlərə bildirib.
Daha əvvəl Türkiyənin “Yeni Şafak” nəşri yazıb ki, Putinin türkiyəli həmkarı Tayyib Ərdoğanın yüksək səviyyəli işgüzar görüş dəvəti ilə yaxın günlərdə Türkiyəyə səfəri gözlənilir.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: