Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • General Mövlam Şıxəliyevin məhkəmə zalından görüntüsü yayıldı
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • MTN-in SABİQ ŞÖBƏ RƏİSİ ŞƏXSİYYƏTİNİ DANDI - Vəkil olduğunu iddi etdi /VİDEO
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • “MTN-dəki quldur dəstəsini Ramiz Rzayev himayə edib" - Zərəçəkənn SENSASSİYALI İFADƏ verdi

    • Tarix: 2-06-2022, 11:33



    Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Ötən prosesdə zərərçəkən qismində Nizami Kazımov sərbəst ifadə verib. Deyib ki, 1992-ci ildə Naxçıvandan Bakıya köçərək sahibkarlıq fəaliyyətinə başlayıb. Rusiya və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışı ilə məşğul olub. Quru meyvə yağlarının istehsalına başlayıb. "BİOİL" MMC-ni təsis edib:

    - 2008-ci ildə, Qurban bayramı günü idi. Telefonuma tanımadığım şəxs zəng elədi. Özünü təqdim etmədən dedi ki, saat 3-də Milli Təhlükəsizlik Nazirliyinə gəl. Deyilən vaxt ora getdim. Nəzarət buraxılış məntəqəsində araşdırdılar, dedilər ki, nazirliyin İstintaq Baş İdarəsi tərəfindən çağırılmısız. Məni 6-cı mərtəbədə yerləşən istintaq idarəsinin 2-ci şöbəsinin müdiri Vüsal Ələkbərovun xidməti otağına apardılar. Otağa girən kimi  Vüsal Ələkbərov olduqca aqressiv və kobud danışdı. Burada quzu balası kimi oturmağına baxmayın, MTN-də özünü küçə uşağı kimi aparırdı.  Mənə deyirdi ki, 3 milyon verməlisən, yoxsa həbsə gedəcəksən. Mən də dedim ki, nə etmişəm ki, həbsə də gedim. Dedi ki, görəcəksən nə etmisən. Məndən ifadə aldı. Kürəkənim Samirin "Texnikabank"da adına əmanət qoyduğu 1 milyon 120 min dollar vəsait barədə soruşdu. Dedim ki, pulu kürəkənimin adına hesaba xərcləməsi üçün qoymuşam. Vüsal Ələkbərov qışqırıb bağırırdı ki, guya "Texnikabank" əməkdaşları ilə cinayət əlaqəsinə girmişəm, kürəkənimin adına qoyduğum pulu da  mənimsəmişəm.

    Globall.az yeni müsavat-a istinadən xəbər verir ki, elə oradaca qərar qəbul edib məni şübhəli şəxs kimi tutdu. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında 2 gün saxladılar. Məndən heç bir şikayətçi olmadığı halda, barəmdə ərizə, şikayət yox ikən, hər hansı şəxsi aldatmadığımı bilə-bilə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham elan etdilər. Səbayel Rayon Məhkəməsinə apardılar. Barəmdə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov təxminən 20 dəfə məni öz xidməti otağına gətizdirib. Deyirdi ki, 3 milyon dollar ver, barəndəki cinayət işini xitam edək.  Hər dəfə Vüsala deyirdim ki, o qədər vəsaitə imkan yoxdur. İsrarla deyirdi ki, rəhbərliyin göstərişi belədir, pulu verməlisən. Məni 8 ildən 12 ilədək cəza kəsiləcəyi ilə hədələyirdi. Pulu Eldar Mahmudov istəyir, Mövlam Şıxəliyev isə tələb edirdi. Həbs ediləndən 15-20 gün sonra məni o zaman İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyev xidməti otağına çağırdı. Bax burada necə bir küncə qısılıb, orada şir-pələng idi. Vəkilimi də yanıma çox çətinliklə buraxırdılar. Mövlam otağında saymazyana şəkildə, əmr edirmiş kimi dedi ki, Vüsalın dediyi məbləği, yəni 3 milyon dolları verməlisən. Dedim ki, həmin məbləği ödəməyə imkanım yoxdur. Mövlam Şixəliyev də Vüsalın dediyini təkrarladı, dedi ki, pulu verməsən, səni 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Səni günə-gün həbsdə saxlayacağıq. Mövlam Şıxəliyevə qəti şəkildə dedim ki, mənim o qədər vəsaitim yoxdur. Bundan sonrakı görüşlərdə Vüsal Ələkbərov 2 milyon dollar tələb etməyə başladı. Dedim ki, həmin pulu da ödəyə bilməyəcəm. Həmin günlərdə vəkilim Osman Kazımovla müqavilə bağladım. Onun hüquqi xidmətindən istifadə etmək istədim. Vüsal Ələkbərov biləndə ki, Osman Kazımov vəkilimdir, ondan imtina etməyim üçün təzyiq etməyə başladı. Buna etirazımı bildirdim və onun xidmətindən imtina etməyəcəyimi dedim. Bundan sonra Vüsal Ələkbərov məni Mövlam Şixəliyevin yanına apardı. Qoşalaşıb təkidlə məndən Osman Kazımovdan imtina etməyimi tələb etdilər. Bir müddət təzyiqlərə tab gətirib vəkildən imtina etmədim. Lakin sonradan sağlamlığım pozulmuşdu deyə məcburiyyət qarşısında Osman Kazımovla istintaq təcridxanasında görüşən zaman ona vəziyyəti izah etdim. Vəkil israrla deyirdi ki, bu cinayətkarlara tələb etdikləri pulu vermə, səni qanunsuz həbs ediblər. Məcbur olub azad edəcəklər. Sonradan Vüsal Ələkbərov məcburiyyət qarşısında məndən imtina ərizəsi aldı.

    "Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur"

    Həbs edildikdən təxminən 45 gün sonra Mövlam Şıxəliyev məni növbəti dəfə öz xidməti kabinetində qəbul etdi. Yenə də pul söhbəti elədi, dedi ki, Vüsalın tələb etdiyi 2 milyon dolları verməlisən. O qədər pul verə bilməyəcəyimi dedim. Mövlam Şıxəliyev də dedi ki, başına torba geyindirib maskalıların yanına aparılacaqsan, 12 il həbsdə yatızdıracağıq. Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur. Amma yenə də pulu ödəməyə razılaşmadım. Vüsal Ələkbərovun otağına gəldik. Orada Vüsal da qara maskalılar söhbətini elədi. Dedi ki, razılaşmasan, söhbəti səninlə onlar, yəni maskalılar edəcək.

    Həmin günlərdə qardaşım Arzu Kazımov MTN-ə Mövlam Şixəliyevin yanına gedib. Söhbət əsnasında Mövlam Şıxəliyev qardaşıma deyib ki, Nizaminin taleyi Eldar Mahmudovluqdur. Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. Eldar Mahmudov qardaşımın yanında Mövlam Şixəliyevlə telefonla danışandan sonra Arzuya deyib ki, qardaşının həbsdən çıxarılması üçün onun istədiyini verməlisiz.

    Zərərçəkən deyib ki, 2008-ci ilin noyabr ayının sonlarında artıq səhhətində ciddi problemlər yaranıb:

    - MTN-də şəkərli diabet xəstəliyinə tutuldum. Həbsdən azad ediləndən sonra ürəyimdən açıq əməliyyat olundum. Səhhətimdə yaranmış problemlərlə əlaqədar özümü yaxşı hiss etmirdim. Vüsal Ələkbərovun təhdidlərinə artıq dözə bilmədim. Məcbur olub Vüsal Ələkbərov və Mövlam Şixəliyevin tələb etdikləri 2 milyon dollar pulu verməyə razılaşdım.

    Dedim ki, pulu dərhal ödəyə bilməyəcəm. Pulun bir hissəsini ödəyib azadlığa buraxılmağımı, qalan hissəsini isə müəyyən vaxt ərzində toplayıb verməyə şərait yaratmalarını istədim. Vüsal Ələkbərov Mövlam Şixəliyevlə danışdı, mənə də dedi ki, rəis razılıq verib, 1 milyon dolları gətir, barəndəki həbs qərarı ev dustaqlığı ilə əvəz ediləcək. Qalan 1 milyon dolları ödəmək üçün 4-5 ay vaxt verdilər. Vüsal Ələkbərov dedi ki, pulu ödəyəndən sonra barəndəki cinayət işinə xitam veriləcək. Vüsal Ələkbərovla razılaşdıqdan sonra qudama məktub yazdım, qohum-əqrəbadan 1 milyon dollar pulu yığıb mənə çatdırmağı xahiş etdim.

    Zərərçəkənin sözlərindən bəlli olub ki, bundan sonra kürəkəni ona məxsus olan "Mercedes Benz S klass 500", "BMW 745" və "Lexus 470" markalı avtomobilləri bazar qiymətindən çox aşağı qiymətə satıb:

    - Həmin maşınların alışına 600 min dollara yaxın vəsait xərcləmişdim. Maşınlar faktiki olaraq yarı qiymətdən aşağı satıldı. Maşınların satışından 250 min dollar pul toplanmışdı. 325 min dollar pulu qardaşım Niyazi Kazımov vermişdi. Qalan pulu da qudam Tahir düzəldib vermişdi. Ümumilikdə 1 milyon dollar pul toplamışdılar.

    "Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı"

    Zərərçəkən deyib ki, 3 dekabr 2008-ci ildə kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb Milli

    Təhlükəsizlik Nazirliyinin inzibati binasının yanına gəliblər:

    - Vüsal Ələkbərova pulu Samir verib. Vüsal pulu alandan sonra məni yanına çağırdı, dedi ki, Samirdən 1 milyon dolları pulu alıb, məni də məhkəmədən ev dustaqlığı qərarını alıb buraxacaq. Belə də oldu. Həmin gün axşam İstintaq Təcridxanasından buraxıldım. Növbəti gün Vüsal məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdı, başqa yerə getməmək haqda iltizama imza etdirdı. Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı. Amiranə şəkildə dedi ki, 1 milyon dollar pulu da 4-5 ay ərzində tap gətir. Şərt qoydu.

    Zərərçəkən deyib ki, kürəkəninin adına "Texnikabank"a qoyduğu vəsaiti də ələ keçiriblər:

    -Mən həmin pulu kürəkənimin adına hesaba qoymuşdum ki, istədiyi vaxt xərcləsin. Həmin pulu "Texnikabank"a 2007-ci ilin yanvar ayında 1 milyon 120 min dollar kimi qoymuşdum. Lakin dolların məzənnəsinin aşağı düşdüyünü görüb Samirə tapşırdım ki, pulu götürsün və avro kimi yenidən banka qoysun. Samir də 1 milyon 120 min dollar pulu həmin günün məzənnəsi ilə avroya çevirərək 704 min avronu yenidən öz adına "Texnikabank"a qoymuşdu. Bunları niyə deyirəm. Məni qanunsuz olaraq həbsə alandan və hədə-qorxu ilə 2  milyon dollar tələb edəndən sonra bunlara dedim ki, imkan verin, kürəkənin adına olan pulu götürək, sizə verək, əl çəkin. Mövlam Şixəliyev dedi ki, banka qoyulan pulun adını çəkmə, həmin pulların sizə aidiyyəti yoxdur, onların yiyəsi var. Vüsal Ələkbərov həmin puldan imtina etməyim barədə məndən ərizə aldı.

    "Qələbə kruqu"na gəl, pul gətir!

    Zərərçəkən Vüsal Ələkbərova 1 milyon dolları hissə-hissə ödəməsini məhkəmədə belə xatırlayıb:

    - 2009-cu ilin fevral ayında Vüsal Ələkbərov zəng elədi, dedi ki, "Qələbə kruqu"na gəl, pul gətir. Ora getdim,   deyilən yerdə görüşüb 150 min dollar verdim. 1 ay sonra, yenə də zəng elədi. Dost-tanışdan 280 min dollar borc  alıb aparıb Vüsala verdim. Apreldə yenə də Vüsal Ələkbərov zəng elədi, pul istədi. Bu dəfə 300 min dollar, 1 ay sonra, 2009-cu il mayın sonlarında Vüsal Ələkbərova 200 min dollar vermişəm. Axırıncı dəfə Milli Təhlükəsizlik Nazirliyinin yanında görüşüb 70 min dollar pulu da verdim. Vüsal Ələkbərov məni xidməti otağına dəvət etdi, çay içib söhbət elədik. Vüsal bilirdi ki, baş verənlərdən narazıyam, elə danışırdı ki, guya heç bir günahı yoxdur. Ertəsi gün Vüsal zəng elədi,  barəmdəki saxta  cinayət təqibinə xitam verildiyini dedi. Qərarı götürmək üçün MTN-ə çağırdı. Gedib  qərarın surətini götürdüm. Vüsal Ələkbərova dedim ki, məndən aldığınız pulları qohum və dostlardan borc almışam, ödəyə bilmirəm, ona görə də "Para Bank"dan 300 min manat kredit götürmüşəm.
    Yadıma düşmüşkən onu da deyim ki, bunlar məndən 1 milyonu alıb buraxandan sonra Mövlam Şıxəliyev mənə zəng etmişdi. Deyirdi ki, Vüsal sənə deyir pulu ver, niyə gecikdirirsən, vermirsən?! 3 ay sənə vaxt vermişəm, yubatma, gətir pulu ver! Mən də borc-xərc alıb dediyim kimi aparıb pulu vermişdim.

    Bunlar özlərini yerin-göyün ağası bilirdilər. Bu Mövlam, bu gün qəfəsin bir küncünə sıxılıb oturub, vəzifəsindən, dövlətin gücündən istifadə edib başımıza oyun açdı. Mövlam, elə bu qəfəs sənin yerindir. Sənin kimilər özlərini də, vəzifəni də gözdən salırlar.
    Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib. 

    Zərərçəkən sərbəst ifadəsini davam etdirərək deyib ki, kürəkəni Samir Nadirliyə ərizə yazdırıblar ki, guya ona vurduğu zərəri qızı ödəyib:
    - Vüsal Ələkbərov məndən tələb etdi ki, kürəkənim Samirdən ərizə yazım, şikayətçi olum. Bunu Mövlamın tapşırığı ilə Vüsal Ələkbərov eləyirdi. Vüsal Ələkbərov mənə də ərizə yazdırmışdı ki, guya kürəkənimə vurduğum zərəri  ödəmişəm.

    Prezident 2015-ci ildə bunların mütəşəkkil cinayətkar quldur yuvası olan MTN-i dağıdandan sonra Vüsal Ələkbərov həbs olundu. O, iş üzrə də zərərçəkən idim. O işə hakim Siyavuş Hacıyev sədrlik edirdi. Vüsala 12 il cəza kəsildi. Sonradan isə Vüsalın cəzası 5 ilə endirildi və şərti hesab edib onu azad etdilər. Bunun necə baş verdiyini bizə hakim dedi. Məlum oldu ki, Vüsal Ələkbərovun azadlığa çıxması Ali Məhkəmənin sədri Ramiz Rzayevin şifahi göstərişi əsasında baş tutub. Məndən hədə-qorxu ilə alınan 2 milyon dollar və başqa zərərcəkənlərdən alınan pulların onun göstərişi ilə rüşvət kimi tanınması barədə məsələ qaldırıldı. Guya cinayət etmişik və rüşvət vermişik ki, bizi azad etsinlər. Mən heç bir cinayəti törətməmişəm, dələduzluq etməmişəm, heç kəsə maddi ziyan vurmamışam.

    Faktiki olaraq barəmdə saxta ittihamla girov götürülmüşəm, MTN-in istintaq təcridxanasında qanunsuz olaraq 3 ay saxlanılmışam, 1 milyon dollar pulumu alandan sonra azadlığa çıxmışam. Sonradan qalan 1 milyon dolları düzəldib Vüsal Ələkbərova vermişəm. Sonuncu isə 12 il cəza alıb, həmin cəza Alı Məhkəmənin qərarı ilə bir dəfəyə 5 ilə endirilib və şərti hesab edilib. Bu gün Vüsal Ələkbərov yenidən burada oturub. Pulumuzu bu günə kimi ödəməyib və ödəmək fikrində deyillər. Bu mütəşəkkil cinayətkar quldur dəstə yüksək səviyyədə, Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən himayə olunub və olunmaqdadır. Açın qulaqlarınızı eşidin!

    Zərərçəkənin bu sözləri hakim Elbəy Allahverdiyevin  ayağa qalxıb onun sözünü kəsməsinə səbəb olub:
    - Siz niyə bildiyinizi və bilmədiyinizi danışırsız. Keçin əyləşin.

    Zərərçəkən:
    - Mən sözümü bitirmədim.

    Hakim:
    - Keçin əyləşin.

    Hakim  zərərçəkənə sərbəst ifadəsini yekunlaşdırmağa imkan verməyib. Məhkəmə iyunun 6-na qədər təxirə salınıb.

    Oxunub: 459
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.