Nazirlikdən Flarmoniyadakı görüntülərlə bağlı AÇIQLAMA
Bəzi KİV-lərdə Dövlət Akademik Filarmoniyasının ərazisində fəaliyyət göstərən UFFO restoranında çəkilmiş növbəti video kadrlar yayılıb və görüntülərin yeni olduğu bildirilib.
Globall.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib.
“M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən UFFO restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda doğurub.
Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınmış və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb.
Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz", - məlumatda vurğulanıb.
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: