7 nəfər koronavirusa yoluxdu, ölən yoxdur
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 785 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 019 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 580, bu günə qədər isə ümumilikdə 6 901 055 test icra olunub.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: