Yeni təhlükəli virus YAYILIR
Amerikada yeni epidemiya qeydə alınıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.
ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) vəziyyəti araşdırmağa başlayıb və xəstəliyin hepatit A epidemiyası olduğunu bildirib. Hepatit A virusunun çiyələkdən yayıldığı ehtimal edilir.
FDA indiyə qədər bu xəstəlikdən ölüm halının olmadığını, lakin Minnesota, Kanada və Kaliforniyada 17 yoluxma faktının aşkarlandığını bəyan edib.
Xəstəliyin başlanğıc tarixi 28 mart-30 aprel aralığı götürülüb.
Qeyd edək ki, Hepatit A yoluxucu virusdur və qaraciyərin fəaliyyətinə təsir göstərə bilir. Simptomlar arasında dərinin, gözlərin saralması, mədə pozğunluğu, qusma, mədə ağrısı, qızdırma, ishal və oynaq ağrılarını göstərmək olar.