Ukrayna intensiv ƏKS-HÜCUMA başlayacaq
Ukrayna ordusu yaxın vaxtlarda silahlar alacaq və intensiv əks-hücuma başlayacaq.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, ehtiyac olan silahlar əldə olunan kimi əks-hücum başlayacaq: "Nə vaxt kifayət qədər silah alacağıq? Yaxın vaxtlarda. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz".
Podolyak vurğulayıb ki, Ukrayna artıq tərəfdaşlarından silah almağa başlayıb: "Ancaq bu, zaman məsələsidir. İnsan ölümlərinin sayını azaltmaq üçün hər şeyi bir ay əvvəl əldə etmək istərdik. Avropa qərarları istədiyimizdən daha gec qəbul edir".
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: