İstanbulda meymunçiçəyi TƏŞVİŞİ
Türkiyənin İstanbul şəhərinin Sultanqazi bölgəsində aptekə gələn 2 Əfqanıstan vətəndaş əllərindəki yaraları göstərərək dərman istəyib. Əczaçı yaraların meymunçiçəyi ola biləcəyindən şübhələnib və aidiyyəti şəxslərə məlumat verib.
Globall.az Xəzər TV-yə istinadən bildirir ki, polis və tibb işçiləri aptekdən çıxan 2 əfqanı və yoldaşlarını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.
Meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 3 nəfər aparıldıqları xəstəxanada müayinədən keçirilib. Yaraların səbəbləri araşdırılır. Yaraların suçiçəyi ola biləcəyi ehtimalı da müzakirə edilir.
Az
Oxunub: 264
Xəbəri paylaş
Paylaş: