Rusiyanın son sutkadakı itkiləri AÇIQLANDI
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.
Globall.az report-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 250 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 386 ədəd tankı, 3 340 ədəd zirehli döyüş maşını, 690 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 211 ədəd hərbi təyyarəsi, 176 ədəd helikopteri, 2 395 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 551 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: