Zelenski Consonla cəbhəni müzakirə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski və Boris Conson arasında telefon danışığı olub.
Globall.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı "Twitter" hesabında yazıb.
Zelenski Consonla cəbhədəki durumdan danışdığını bildirib:
"Ukrayna üçün yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini aldım. Təhlükəsizlik təminatları üzrə işlərin intensivləşdirilməsi məsələsini qaldırdım. Böyük Britaniya ilə birlikdə ərzaq böhranından qaçmaq və limanları blokadadan çıxarmaq yollarını axtarırıq”.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: