Mahaçqala-Bakı aviareysi ləğv OLUNDU
Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazənin geri alınması ilə əlaqədardır.
“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib. İcazənin ləğvinin səbəblərini açıqlamayıb.
Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: