“Çin koronavirusun qarşısını ala bilərdi” –
Trampdan sensasion ittiham
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Almaniya variantları araşdırır, biz də araşdırmaları davam etdiririk. Daha çox puldan bəhs edirik. Son qərarı verməmişik”, - prezident jurnalistlərə açıqlamasında bu sözləri qeyd edib.
Donald Trampın Çinin koronavirusun yayılmasındakı məsuliyyətinə görə ciddi araşdırmaların aparıldığını bildirib:
“Çox ciddi araşdırma aparırıq. Çindən məmnun deyilik. Bir çox məsələyə görə məsuliyyət daşıya bilərlər. Koronavirusun yayıldığı yerdə dayandırıla biləcəyinə inanırıq. Sürətlə qarşısı alına bilərdi və bütün dünyaya yayılmazdı”./teleqraf.com