Bakıda bu sahədə qiymət 10 dəfəyə yaxın artdı
“Formula 1” yarışları ilə bağlı Bakı şəhərinin mərkəzində yerləşən hotellərdə və kirayə mənzil fondunda canlanma və qiymət artımı müşahidə olunur.
Bunu “Ölkə.Az”a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib. O bildirib ki, qiymət artımı Bakı Şəhər Halqası üzərində yerləşən hotel və mənzillərdə qeydə alınıb:
S. Dübəndinin sözlərinə görə, “Formula 1” kimi tədbirlərə daha çox varlı turistlər üz tutur. Bu baxımdan daha çox satış beşulduzlu və şəbəkə hotellərində olur. Bu yarışın kiçik və orta hotelçiliyə təsiri daha azdır. Bunlar isə əsasən şəhər mərkəzində və halqa üzərində olan yollardır.
“Dünya təcrübəsinə nəzər saldıqda, belə tədbirlər zamanı qiymət artımlarını müşahidə etmək mümkündür. Bu kimi tədbirlərdə turizm canlanır, həm hotellər, həm də kirayə mənzil təklif edən şəxslər də fayda götürür”, - deyə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri əlavə edib.