DİN sürücülərə MÜRACİƏT ETDİ
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.
NİİM-dən Globall.az-a daxil olan müraciətdə deyilir:
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir".
Bildirilib ki, qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: