Laçından gedən qadın əkiz uşaq doğdu
- Körpələrə terrorçuların adı verildi
Ermənistandakı Artaşat Tibb Mərkəzində 39 yaşlı erməni qadın əkiz oğlan uşağı dünyaya gətirib.
Globall.az modern.az-a istinadən xəbər verir ki, körpələrin valideynləri Azərbaycanın Laçın rayonunda qanunsuz məskunlaşmış ailədir.
Artaşat Tibb Mərkəzindən verilən məlumata görə, körpələrə erməni faşist-terrorçuların şərəfinə Monte və Njde adları qoyulub.
Körpələr çoxuşaqlı ailədə dünyaya gəlib. Onların 7 bacısı və 4 qardaşı da var.
Yeni doğulan körpələrin və onların 39 yaşlı anası Məryəmin vəziyyətinin yaxşı olduğu bildirilib.
Xatırladaq ki, Ermənistanın milli qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı Monte Melkonyan 1993-cü ilin iyununda Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.
Qaregin Njde isə II Dünya müharibəsi illərində (1941-1945) alman faşistləri tərəfində erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Rusiyadakı Vladimir həbsxanasında ölüb.