Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:
10 nəfər xəstəxanalıq oldu
Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.
Globall.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.
Belə ki, 2 uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.
Hazırda fakt araşdırılır.
Oxunub: 502
Xəbəri paylaş
Paylaş: