Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şıxəliyevin məhkəmə zalından görüntüsü yayıldı
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MTN-in SABİQ ŞÖBƏ RƏİSİ ŞƏXSİYYƏTİNİ DANDI - Vəkil olduğunu iddi etdi /VİDEO
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • “Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!" - Sabiq MTN polkovniki

    • Tarix: 9-06-2022, 09:20


    Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Prosesdə təqsirləndirilən şəxs Sahib Ələkbərov qısa çıxış edib. O, zərərçəkən Qulam Bağırovu və onun anasını yalan danışmaqda ittiham edib. Deyib ki, Bağırovlardan pul istəməyib. Sahib Ələkbərov Qulam Bağırovu cinayətkar adlandırmaqla onun, Azad və Ceyhun Seyidovların barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə peşman olduğunu deyib:
    - Seyidovları elə bir yerdən tapşırmışdılar ki, Mövlam Şıxəliyev də istəsəydi belə onlardan pul ala bilməzdi. Qulam Bağırovun da başında mənim keçəlim boyda şiş vardı, humanizm göstərib azad etdik, o da gedib xaricdə müalicə olundu.
    Zərərçəkən Qulam Bağırov və Seyidovlar məhkəmə zalında olmadığından təqirləndirilən Sahib Ələkbərovun ittihamları cavabsız qalıb.

    Sahib Ələkbərov fikrini tamamlayandan sonra zərərçəkən Zaur Əliyevin bir neçə sualını cavablandırıb:
    - Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq, müstəntiq kimi prosessual şəxs olaraq cinayət işini kimə, hansı qaydada məruzə edirdiz? Kimin əmrini, tapşırığını yerinə yetirirdiz?
    Sahib Ələkbərov:
    - Prosessual şəxs olmağıma baxmayaraq cinayət işi baş prokuror Zakir Qaralova, baş prokurorun 1-ci müavini Rüstəm Usubova və idarə prokuroruna məruzə olunurdu. Həmin məruzə idarə rəisi Mövlam Şıxəliyevin vasitəsilə həyata keçirilirdi. 

    vusal.jpg (84 KB)

    - Tapşırıq və əmrlər hansı qaydada verilirdi?
    - Həmin qaydada da tapşırıq və əmr verilirdi. Biz də icra edirdik.
    Vəkil Osman Kazımov Sahib Ələkbərova dəqiqləşdirici sual verdi:
    - Siz icraatınızda olan cinayət işinin istintaqını əmr və tapşırıqla həyata keçirmisiz?
    Sahib Ələkbərov suala əsəbi şəkildə cavab verib:
    - Siz Azərbaycanda yaşamırsız? Bu məsələlər bilmirsiz necədir. Biz kimik ki? Zakir Qaralov, Rüstəm Usubov,  Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik!
    S.Ələkbərov vəkilin digər suallarını cavablandırmayıb.
    Bundan sonra iş üzrə zərərçəkən Orxan Abdullayevin atası Elman Abdullayev şahid qismində tribunaya dəvət olunub.
    Hakimin “təqsirləndirilən şəxslərdən kimi tanıyırsız" sualına  Elman Abdullayev ətrafına baxaraq şəhadət barmağını Yasin Məmmədova tuşlayıb və ”bu şərəfsizi tanıyıram" deyib.

    e13efa8c-82fe-40a9-8e9a-018d2b739129.jpg (139 KB)

    Hakim müdaxilə edərək şahiddən etik qaydaları gözləməsini tələb  edib.

    Şahid deyib ki, Yasin Məmmədov qanunsuz olaraq oğlu Orxan Abdullayevi həbs edib:
    - Yasin Məmmədovla MTN-də xidməti otağında görüşdüm. Elə ilk söhbətdə barmağını yuxarı tutub “bunu ver, oğlunu buraxım” dedi. "Min manat istəyirsiz" - sual etdim. Gülüb dedi ki, 100 min verməsən, oğlun buradan çıxmayacaq.

    Şahidin sözlərindən məlum olub ki, Yasin Məmmədov ondan 50 min manat alaraq oğlunu azad edib.

    Kəlbəcər köçkünü, hazırda Gəncədə məskunlaşmış Ramiz Əliyev iş üzrə şahid olsa da, məhkəmədə deyib ki, faktiki olaraq zərərçəkəndir. MTN əməkdaşları onu həbs edəndən sonra təqsirləndirilən Yasin Məmmədov onun telefon kitabçasında adı olan 21 qızıl alverçisindən 200 min manat pul yığıb.  Şahid sərbəst ifadəsinə başlamazdan əvvəl hakimin “təqsirləndirilən şəxslərdən kimi tanıyırsız” sualını cavablandırdı. “Yasin Məmmədovu tanıyıram, bəs onu niyə qəfəsə salmamısız” deyə hakimə qarşılıqlı sual ünvanladı. Hakim şahidin sualına cavab vermədi.

    Ramiz Əliyev sərbəst ifadəsində bildirib ki, 2014-cü il oktyabrın 31-də MTN əməkdaşları tərəfindən həbs olunub. İstintaqı aparan Yasin Məmmədov ondan külli miqdarda pul tələb edib. 9 aylıq həbs müddətində onu hər hansı bir şəxslə üzləşdirməyiblər. Həbsdə olduğu müddətdə tanıdığı qızıl alverçilərini Yasin Məmmədov istintaqa çağırmaqla onlardan külli miqdarda pul alıb:

    movlam.jpg (101 KB)

    - Həbsdən çıxandan sonra Bakıda, Mərkəzi Univermaqda qızıl satan Ağasalam Ağamalıyevlə gördüm. Təsəvvür edin ki, Ağasalamla mənim tanışlığım olub. Telefon nömrəsi də məndə vardı. Həbsə alınandan sonra Yasin Məmmədov telefonumu qabağına qoyub və kimin adı çıxıbsa, MTN-ə çağırıb, Bakıda və Gəncədə qızıl satan nə qədər dost-tanışım varsa, kimdən nə qədər bacarıbsa, alıb. Ağasalam Ağamalıyev də həmin qızıl satan tanışlardan biri idi. Onu mənə görə MTN-ə çağırıb soyublar. İndi o, bu iş üzrə zərərçəkəndir, mən isə şahid. Halbuki elə ən böyük zərəri mən çəkmişəm. Mən Gəncədən Bakıya, bu məhkəməyə gəlmək üçün qohumlardan borc almışam. Məni müflis duruma salan Yasin Məmmədovdur. Amma məni zərərçəkən kimi tanımırlar. Baş Prokurorluqda Əli Babayev var. O, 2015-ci ildə çağırıb məni dindirdi, sonra da zəng edib dedi ki, gözün aydın, muştuluğumu ver, bəs səni zərərçəkən kimi tanıdıq. Dedi ki, get Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə ver. Sonradan mənə zəng elədilər, həmin idarəyə də getdim, ifadə verdim. Üstündən 7 il keçib, çağırıb soruşan yoxdur ki, bəs sən zərərçəkən idin axı?

    Kəşfiyyatçı olmuşam, bu gün də bədənimdə 48 qəlpə, 2 güllə yarası var. Məni 2014-cü il oktyabrın 31-də “Sınıq körpü”dən Azərbaycana keçəndən dərhal sonra tutdular. Olduğum taksinin qabağını bir maşın kəsdi, arxada da biri saxladı. Maşınlardan düşənlər dedilər ki, MTN-dəndirlər. Taksi sürücüsü Əli Əliyevi və məni MTN-in Qazax şöbəsinə, oradan da Bakıya, nazirliyin özünə gətirdilər. Mənə dedilər ki, səni güdmüşük, üzərində 398 qram qızıl var. Başqa nəsə olub-olmadığını soruşdum. Dedilər ki, səndə olan ancaq qızıldır. Dedim ki, üzərimdəki qızıldırsa, bu nə əməliyyatdır? Məni gömrükçülər tutmalı, bəyan etmədən qızıl keçirdiyimə görə cərimələməli, məsələ də həll olunmalı idi. Məgər üzərimdə atom bombası var ki, mənə qarşı belə bir əməliyyat keçirirsiz?"

    Şahidin sözlərinə görə, 6 ay davam edən istintaq zamanı gördüklərindən dəhşətə gəlib: “Dövlət mənə 45 manat təqaüd verirdi. Daha onu da vermirlər. Həmin pulla mən xəstə övladımı, 2-ci qrup əlil yoldaşımı, xəstə anamı və 2 uşağımı saxlaya bilməzdim. Ona görə də qızıl alverçisinə çevrilmişəm. Bunu məni tutan MTN-çilərə də dedim. Yasin Məmmədov deyirdi ki, kim olduğunu səndən yaxşı bilirik. Mənim Qarabağ veteranı olduğumu, kəşfiyyatçı olmağımla bağlı məlumatları, döyüş yolum haqda danışırdı. Üstəlik, dedi ki, sən 1992-ci il mayın 8-də Kəlbəcərdə ermənilərin "AN-24" təyyarəsini vurmusan. Bunu özüm də bilirdim. Amma Yasin Məmmədov mənə dedi ki, vurduğun təyyarədə erməni dövlət xadimləri ölüblər. Buna görə də Ermənistanda rəsmi matəm elan olunub. Təyyarəni vurduğuma görə mənə o dövrdə Kəlbəcərin icra başçısı İlham Həsənov 10 min rubl mükafat da vermişdi. Amma həmin təyyarədə ermənilərin dövlət xadimlərinin olduğunu, bu hadisəyə görə Ermənistanda matəm elan olunduğunu mənə MTN-də dedilər. İşi MTN-in İstintaq İdarəsinin müstəntiq qrupunun rəhbəri Yasin Məmmədov aparırdı. Ona dedim ki, bunları bilirsənsə, heç olmasa məni zaminə buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zaminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vursaydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağlın başına gələr”.

    sahib.jpg (30 KB)

    MTN-də soyğuna məruz qalan qızıl alverçilərinin siyahısı

    Bakıda Mərkəzi Univermaqda qızıl alveri edənlər - Elçin Əhmədovdan 30 min manat,  Ağasalam Ağamalıyevdən 50 min manat, Moskva Univermağından - Məhəmməd Hüseynov 20 min manat, Azad Rəşidovdan 30 min manat, Məzahir Manafovla Teymur Ağalarovdan alınan  məbləğləri dəqiq bilmirəm. Amma onları da orada Yasin Məmmədov soyub. Məhərrəm Məmmədov 2 min manat, Gəncə şəhərində Eldar Əliyev, Samir Hüseynov 20 min manat, Şahmalı Məmmədov,  Fizuli, Gülnarə, Şəkidən Əlidən 10 min manat  və 2 taksi sürücüsü - Aqil və Hafizdən dəqiq bilmirəm nə alıblar. Əlavə 3 nəfər var ki, bu adamları, ümumiyyətlə, tanımıram - Vüqar Həsənov, Əliməmməd Məmmədov və Ayaz Vəliyev.

    Bu şəxslərin hər birinin evində qeyri-qanuni olaraq axtarış aparıblar. Gəncə Mərkəzi Univermağında “Zaminbank”ın şöbəsində valyutadəyişmə məntəqəsində işləyən Vüqarı da saxlayıblar. Ondan 20 min manat alıblar. Mənə salam vermiş qızıl alverçilərinin başına zülm-zillət gətiriblər. Bu adamlardan 200 min manatdan çox pul yığıblar. Mən azad olunandan sonra bu adamlar mənimlə düşmən münasibəti saxlayırlar. Deyirlər ki, sənə görə bizim dərimizi soyublar, bizi böyük ziyana salmısan. Mən etdiyim əmələ görə cəzamı çəkməyə hazır idim. Amma bunlar məni camaatla düşmən ediblər. Üstəlik, Yasin Məmmədov işim üzrə dindirdiyi adamların başına oyun açıb. Onların milyonlarla manat dəyəri olan qızıl-brilyantlarını siyahıya alıb, günlərlə saxlayıb ki, məcbur olub istədiyi məbləği ödəsinlər. Mən adamların orada incidilməsini tutulandan 6 ay sonra bilmişəm. O adamlarla məni üzləşdirməyiblər.

    Mən qızılı ehtiyac üzündən Tiflisdən gətirmişəm. Bunu gizlin etmişəm. Heç kimə deməmişəm. Kimə deməliydim ki, Gürcüstanda ucuz mal var? Elə həmin adamlar da gedib qızılı oradan alardılar da. Təsəvvür edin ki,  mənim bədənim qəlpə içindədir. Kəlbəcər, Ağdərə, Laçında döyüşmüşəm. Mən 1992-ci il mayın 8-də Ağdərənin Narınclar kəndində “İqla” raketindən Ermənistanın “AN-24" təyyarəsini vurmuşam. Bundan bir neçə gün sonra 2-ci erməni təyyarəsini vurmuşam. 4 tank da vurmuşam.

    “Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam”

    Kəlbəcərin polis rəisi və komendantı Nizami Məmmədov məni yaxşı tanıyır. Bilir ki, mən hansı əməliyyatları həyata keçirmişəm. Kəlbəcərdən qızıl mədənindən Ermənistana gedən dəmir yolunu şəxsən partlatmışam. Erməni qızılı daşıyıb satırdı, əvəzinə silah alıb üstümüzə hücuma keçirdi. Ağdaban hadisəsində düşmənin arxasında olmuşam, orada diversiya törətmişəm.
    MTN-in həkimləri bədənimdə 48 qəlpə, 2 güllə yarası sayıb işə əlavə elədilər. Psixoloji durumumu isə 4 ay sonra yoxladılar. 6 ay guya istintaq apardılar, işi məhkəməyə göndərdilər. Qardaşım Zahid Əliyevdən işimi yüngülləşdirməkdən ötrü Yasin Məmmədov 2 qızıl onluq və 13 min dollar almışdı. Lakin işi məhkəməyə ağır maddə ilə göndərmişdilər. İttiham aktında Yasin Məmmədov şəxsiyyətimi xarakterizə edən məlumatlarda yazır ki, Qarabağ veteranıdır, yoldaşı 2-ci qrup əlildir, himayəsində ağır xəstə olan azyaşlı övladı var, anam himayəmdədir, ağır xəstədir, məcburi köçkünəm, Gəncədə məskunlaşmışam və altdan da yazır ki, yüngülləşdirici hal qeydə alınmadı".

    “Gedin evinizdə fəxrlə uşaqlarınıza deyin ki, ermənilərə güllə atanlara işgəncə veririk!”

    Yasin Məmmədov şahidin sözünü kəsərək deyib ki,  Ramiz Əliyevin Qarabağ veteranı olması, yaralanması, erməni təyyarəsini vurmasından məlumatsız olub.

    Ramiz Əliyev isə sağ əlini yuxarı qaldıraraq şəhadət barmağı ilə baş barmağının kökündən kəsilməsini nümayiş etdirib:
    - Yasin Məmmədov, sən 6 ay məni az qala hər gün otağına çağırıb saatlarla mənasız suallar verirdin. Görmürdün ki, barmaqlarımı qəlpə aparıb? Sən deyildin mənə deyən ki, ermənilərin təyyarəsini vurub bütün Ermənistanı matəmə qərq etmisən? İndi burada özünü bilməməzliyə vurmaqla deyil! Unutmusan ki, sənə də, sənin qrupunda olan müstəntiqlərə də deyirdim ki, gedin evinizdə fəxrlə uşaqlarınıza deyin ki, ermənilərə güllə atanlara işgəncə veririk! Burada yalan danışmaqla deyil. Qeyrətin, kişiliyin varsa, düzünü danış.
    Yasin Məmmədov şahidin sözlərinə reaksiya verməyib.

    Rüstəm Usubovun yaxın qohumu 5 min aldı, mənə “yaşıl işıq” yandırıldı

    Şahid ifadəsini davam etdirərək deyib ki, bundan sonra cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdilər:
    - Məhkəmədə qardaşlarıma demişdilər ki, məsələnin həlli yolu var, amma MTN-dən razılıq verilməlidir ki, həll edək. Hakim ortada olan adamlar vasitəsilə 70 min manat pul tələb etmişdi. Demişdi ki, ittiham aktını təsdiq edən şəxsdən də razılıq alınmalıdır. İttiham aktında Yasin Məmmədovla baş prokurorun 1-ci müavini Rüstəm Usubovun imzası vardı. Ona görə də qardaşım Rüstəm Usubovun Gəncədə yaşayan yaxın qohumu ilə əlaqə saxlamışdı. O da 5 min manat qarşılığında məsələni həll edə biləcəyini demişdi.

    Bazar günü idi, mən  Gəncə İstintaq Təcridxanasında oturub məhkəmənin nə zaman yekunlaşacağını gözləyirdim. Bir da baxdım ki, nəzarətçi gəldi, dedi ki, hazırlaş, paltarlarını da yığ, səni məhkəməyə göndərirlər, yəqin ki, azad olunacaqsan. Məni Gəncə Ağır Cinayətlər Məhkəməsinə apardılar. Orada dedilər ki, Baş Prokurorluqdan, MTN-dən razılıq alındı, sənə “yaşıl işıq” yandırıldı. Məhkəmə oldu, o zaman iş üzrə “şərikim” kimi təqdim olunan sürücü Əli Əliyevi gördüm. 9 ay idi ki, Əlini görmürdüm. Əli məhkəmədə mənə qarşı çox qəzəbli idi. Ona da mənimlə bərabər qaçaqmalçılıq ittihamı verilmişdi. Halbuki Əlinin heç nədən xəbəri yox idi. Məhkəmə cəmi 10 dəqiqə oldu, bizə şərti cəza verib azad etdilər. Orada məhkəməni yarımqapalı keçirdilər. 3 ay məhkəmədən sonra məni və heç bir günahı olmayan Əli Əliyevi 5 il şərti cəzaya məhkum etdilər.

    Şahid onun da iş üzrə zərərçəkən kimi tanınmasını tələb edib.

    Proses iyunun 13-nə qədər təxirə salınıb. (musavat.com)

    Oxunub: 270
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.