Ukraynanın iki şəhəri TƏHLÜKƏDƏ: Yaxında...
Rusiya Federasiyası yaxın aylarda Ukraynanın iki regional mərkəzinə - Nikolaev və Zaporojyeyə hücum həyata keçirə bilər.
Bunu Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim “Röyters” agentliyinə bildirib.
O qeyd edib ki, qarşıdakı aylarda rusların Zaporojye və Nikolayevə hücum etmək üçün müəyyən imkanları var: “Lakin hələlik biz hücum etmək üçün hər hansı yeni və böyük qruplaşmalar görmürük”.
Onun sözlərinə görə, indi hər şey çox ləng gedir, lakin vəziyyət çox sürətlə inkişaf edə bilər.
Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynaya qarşı müharibəyə başlayıb. Rus ordusu Ukraynanın şərqində və cənubunda bir sıra yaşayış məntəqələrini nəzarətə götürə bilib. (Teleqraf.com)
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: