NATO baş katibi Almaniyaya səfərini təcili ləğv etdi
NATO baş katibi Yens Stoltenberq Berlinə cümə axşamına planlaşdırılan səfərini ləğv edib.
Bu barədə media Almaniya Federal Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“NATO-nun baş katibi Berlinə səfərinin yaxın vaxtlarda ləğv ediləcəyini açıqlayıb”, - məlumatda deyilir.
Stoltenberq Almaniya kansleri Olaf Şolzla, eyni zamanda müdafiə naziri Kristin Lambrextlə də görüşməli idi.
NATO Baş katibinin Berlin səfərinin təxirə salınmasının səbəbləri məlum deyil. (Teleqraf.com)
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: