Putinin 1-ci Pyotrla bağlı dedikləri Finlandiya prezidentini qorxutdu - Görüş ləğv edildi

Finlandiya prezidenti Sauli Niinistö rusiyalı həmkarı Vladimir Putinin Böyük Şimal müharibəsi ilə bağlı sözlərini eşitdikdən sonra İsveç kralı ilə şam yeməyini tələsik ləğv edib.
Bu barədə “Daily Mail” məlumat yayıb. Putin sahibkarlarla görüşü zamanı bildirib ki, I Pyotr İsveçdən heç nə götürməyib, əksinə, geri qaytarıb.
“Daily Mail” yazır ki, Niinistö İsveç kralı və həyat yoldaşı ilə görüş təyin etsə də, Putinin çıxışından bir neçə saat sonra xanımı ilə birlikdə Helsinkiyə qayıdıb. Helsinki rəsmiləri “Daily Mail”in Niinistönün gedişinin Putinin bəyanatı ilə bağlı olması ilə bağlı fikirlərini təsdiqləməyiblər.
Rusiya prezidenti məlum çıxışı zamanı onu da qeyd edib ki, Rusiyanın indiki hakimiyyətinin taleyinə onun suverenliyini və ərazilərini qaytarmaq və gücləndirmək düşüb. (musavat.com)
Oxunub: 293
Xəbəri paylaş
Paylaş:




















